Bugatti Chiron alana üzərində "Rolls-Royce" hədiyyə!
Reklam və Marketinq
18.03.2024
Farid Pardashunas
ABŞ-ın Florida ştatında fəaliyyət göstərən avtomobil mağazalarından biri görənləri təəccübləndirən bir kampaniya başladıb. Bu kampaniya çərçivəsində diler 2021 model Bugatti Chiron alan şəxsə az işlənmiş Rolls-Royce Wraith hədiyyə edəcəklərini bildirib.
Əldə edilən məlumata görə, satışa çıxarılan Bugatti Chiron cəmi 3200 kilometr istifadə olunub. Bugatti Chiron-nun yanında hədiyyə olaraq veriləcək Rolls-Royce Wraith avtomobili ilə də bu günə qədər cəmi 27 min kilometr məsafə qət edilib. Onu da qeyd edək ki, kampaniya çərçivəsində hədiyyə olaraq veriləcək Rolls-Royce Wraith-in qiyməti təxminən 240 min dollar dəyərindədir. Şirkətin Naples Motorsports adlı internet səhifəsinə baxış keçirdikdə 2021 model Bugatti Chiron reklamının aktiv olduğunu görə bilərik. Avtomobil üçün tələb olunan qiymət düz 3,85 milyon dollardır. Rolls-Royce Wraith üçün tələb olunan qiyməti, yəni 240 min dolları çıxdıqda isə sonda 3,61 milyon dollar məbləğinin qaldığını görürük.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!