Reklam
'ClimateLaunchpad' - dünyanın 'yaşıl texnologiyalar' üzrə ən böyük startap proqramının Azərbaycanda 5-ci dəfə Finalı baş tutdu

'ClimateLaunchpad' - dünyanın 'yaşıl texnologiyalar' üzrə ən böyük startap proqramının Azərbaycanda 5-ci dəfə Finalı baş tutdu

Reklam və Marketinq
16.09.2022 PAYLAŞIM

    Son 6 ildə Azərbaycandan 58 startapın məzun olduğu və 50-dən çox ölkənin iştirak etdiyi dünyanın ən böyük "cleantech" (təmiz texnologiya) startap proqramı olan ClimateLaunchpad proqramının 2022-ci ildəki Azərbaycan finalı başa çatdı. ClimateLaunchpad proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab”  innovasiya mərkəzidir və proqramın 2022-ci il üzrə əsas tərəfdaşı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir. 

Proqramın 2022-ci il üzrə qalibləri hansı startaplardır?


1-ci yer: 

    Recepta - Startap komandası rəqəmsal qəbzlərin yaradılması üçün texnoloji həll təklif edir. Qəbzlər birbaşa satıcıdan istehlakçının telefonundakı mobil tətbiqə ötürülür və kağız qəbz hazırlamaq ehtiyacını tamamilə aradan qaldırır.

2-ci yer:

    GreenPack - Bu layihə qablaşdırma sənayesində plastik əvəzinə istifadə edilə bilən bioəsaslı material istehsal edir. Xammalın qida tullantılarından hasil edilməsi nəzərdə tutulduğundan proses normal atmosfer təzyiqində və 65-70 dərəcə Selsidə aparıla bilir, bu isə plastik istehsalı ilə müqayisədə enerjiyə dəfələrlə qənaət deməkdir.

3-cü yer:

    Ateshgah - Layihə günəş altında həddindən artıq istiləşmənin qarşısını alaraq günəş panellərin səmərəliliyini artıran xüsusi material (Faza Dəyişən Materiallar) istehsalı edir. Bu məhsul günəş panellərinin elektrik enerjisi istehsal sürəti temperaturun artması ilə əhəmiyyətli dərəcədə azalmasının qarşını alır.

Münsiflər heyəti kimlərdən ibarət idi?

Münsiflər heyəti sahə üzrə təcrübəli 2 yerli və 2 xarici peşəkarlardan ibarət idi.

    Madian Malfi, Yəmən - “Tripsome Technologies Limited” (tripsome.com) şirkətinin həmtəsisçi və texniki direktoru. Texnologiya və innovasiyalar sahəsində 10 ildən çox təcrübəyə malikdir.

    Igor Ovcharenko, Ukrayna - “Global Innovation Catalyst” şirkətində programlar rəhbəridir. Startap ekosistemlərinin inkişaf etdirilməsi sahəsində yeddi ildən artıq təcrübəyə malikdir. Eyni zamanda İnnovasiyalar və Digital İnkişaf Agentliyinin məsləhətçisi olaraq iştirak edir.

    Elmar Əsgərzadə, Azərbaycan - Extra Mile Technologies şirkətinin təsisçisi və eyni zamanda ClimateLaunchpad 2018 dünya finalçısı və qaliblərindəndir. Öz şirkəti ilə Amerika, Şotlandiya, Türkiyə və Avropadakı müxtəlif akselerasiya programlarının uğurlu təsisçilərindən biridir.

    Cəsur Həsənov, Azərbaycan - “Tripsome Technologies Limited” şirkətnin həmtəsisçisi və direktoru, eyni zamanda “Social İnnovation Lab” innovasiya mərkəzinin təsisçisi və rəhbəridir. 2017-ci ildən ClimateLaunchpad və Creative Business Cup kimi beynəlxalq startap proqramlarının Azərbaycanda həyata keçirilməsinə rəhbərlik edir.

Final günündən digər görüntülər:

"ClimateLaunchpad" akselerasiya proqramı 4 əsas mərhələdən ibarətdir: 

Mərhələ 1: Açılış Kampı (Bootcamp)
    ClimateLaunchpad proqramının 8 ildən çoxdur eksperti olan İsrael Griol Barres, “Social Innovation Lab” innovasiya mərkəzinin təsisçisi Cəsur Həsənov və digər yerli mentorları tərəfindən 9 modul üzərində keçirilən 15-16 iyul tarixlərində keçirilən intensiv kamp ilə proqrama start verildi. 

Mərhələ 2: İntensiv ölkə daxili akselerasiya proqramı – İyul - Sentyabr, 2022
    İki günlük bootcamp bitdikdən sonra komandalar 6 həftəlik ölkə daxili koçinq sessiyalarında yerli ekspertlər tərəfindən ClimateLaunchpad - in müəyyən etdiyi vacib 6 modul üzərində praktiki işləyirlər, layihələrinin ilkin versiyasını və özlərini ölkə finalına hazırlayırlar.

Mərhələ 3: Ölkə Finalı – Demo Günü – 12 Sentyabr həftəsi, 2022
    Ölkə daxili koçinq sessiyalarından sonra komandalar münsiflər qarşısında ilk 3 yeri qazanmaq və növbəti mərhələyə vəsiqə əldə etmək üçün təqdimatlar etdilər. Ümumilikdə 50+ ölkənin hər birinin ölkə finalında ilk 3 yerə çıxan komandalar 2022-ci ilin Sentyabr ayında keçiriləcək Regional Finala vəsiqə qazanırlar.

Mərhələ 4: "Regional Final" – 27 Sentyabr, 2022
    Hər bir ölkənin qazanan-3 komandası Regional Finalda beynəlxalq münsiflər qarşısında təqdimat edəcəklər. Regional Finalda 3 startapımız yarışacaq. Hər bir Regional Finaldan təqribi 10 layihə Dünya Finalına vəsiqə qazanacaqdır.

Mərhələ 5: "Dünya Finalı" – 27 Noyabr, 2022
    Dünya Finalı iştirakçıları Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər.

Mükafatlar

    Dünya Finalında ən yaxşı 16 startap layihəsi kiçik ideyaların böyük bizneslərə çevrildiyi 6 aylıq "Qlobal ClimateLaunchpad Accelerator" proqramına qəbul olacaqlar. 

Bundan əlavə isə, Dünya Finalında ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:

– Birinci yer: € 10,000 avro,
– İkinci yer: € 5,000 avro,
– Üçüncü yer: € 2,500 avro.

Ötən illərdə Azərbaycan nəyə nail oldu?

    “Social Innovation Lab” innovasiya mərkəzinin təşkilatçılığı ilə ötən 4 ildə 50-dən çox ölkənin iştirak etdiyi ClimateLaunchpad proqramında Azərbaycandan hər il 13 startap olmaqla, ümumilikdə 52 startap qəbul olaraq akselerator proqramını uğurla başa vurublar. Ölkə finalında top-3 startap - ümumilikdə 12 startap hər dünya finalında Azərbaycanı təmsil ediblər. 2017-ci ildə ölkə finalı qalibimiz həm də dünya finalında 105 startap içərisində ən yaxşı 15 startapdan biri olmağa nail oldular!

Universitet müəllimləri, elm xadimləri və tədqiqatçılar üçün

    Universitet müəllimləri, elm xadimləri və tədqiqatçılar üçün onu qeyd edək ki, ötən illərdə ClimateLaunchpad proqramında biri Professor olmaqla, 10 - a yaxın elm sahəsində tətqiqatçı öz layihələri ilə iştirak etmişdir. 2017-ci ildə ölkə finalının qalibi də məhz Professor Yusif Abdullayev və tələbələri olmuşdur. Dünya finalında isə ölkəmizi uğurlu şəkildə təmsil edərək iştirak edən ölkələr arasında 105 layihə içərisində ən yaxşı 15 startapdan biri olmağa nail oldular. Buna görə də layihələrini ilə Edinburg şəhərində Climate-KİC akselerasiya proqramına qəbul oldular və layihələrini inkişaf etdirmək üzərində işlərini davam etdirdilər.

Azyaşlı gənclərimiz üçün

    Azyaşlı gənclərimiz üçün onu da qeyd edək ki, ötən il ölkəmizdə adını hamının eşitdiyi Reyhan Camalova (Rainergy layihəsinin təsisçisi) öz layihəsi haqqında məhz ClimateLaunchpad proqramında iştirak etmək üçün düşünməyə başlamış, proqrama seçilən uğurlu layihələrdən biri olmuş və məhz ClimateLaunchpad proqramı çərçivəsində öz layihəsini inkişaf etdirərək ölkə finalında tamaşaçıların ən bəyənilən layihəsi mükafatınız qazanmışdır. Social Innovation Lab - in ClimateLaunchpad proqramından sonra Reyhan öz layihəsilə Forbes jurnalın 2018 - ci il üçün ən gənc (Forbes Under 30) ixtiraçı və sahibkarlarından biri oldu!

    Suallarınız olarsa ClimateLaunchpad Azerbaijan və ya Social Innovation Lab facebook səhifələrinə yaza bilər və ya +994772337792 whatsapp biznes nömrəsinə yazaraq suallarınızı verə bilərsiniz.

    Bir daha qeyd edək ki, ClimateLaunchpad proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab”  innovasiya mərkəzidir və proqramın 2022-ci il üzrə əsas tərəfdaşı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir. Proqramın Media tərəfdaşları Startup Azerbaijan, Technote Media və Edumap təşkilatlarıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gözəllik və güc: Galaxy Z Flip4 və Galaxy Z Fold4 haqqında növbəti qeydlər..

Samsung-un qatlanan smartfonları - Galaxy Z Flip4 və Galaxy Z Fold4 - 2022-ci ilin texnoloji yenilik..


Lider mobil operator Azərbaycanda ilk dəfə olaraq müştərilərin sərbəst dizayn ed..

“İstəSən” tarifi abunəçilərə öz ehtiyaclarına uyğun tarif paketi yaratmaq imkanı verir..


Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir..

Azercell Eksklüziv mağazalarından iPhone 14 və ya iPhone 14 Pro əldə edən müştərilər 3 ay ərzində pu..


'Kontakt Home'da böyük 'iPhone 14' izdihamı

Bu gün Azərbaycanda “iPhone 14” seriyasının rəsmi satışları başlayıb.


'Kontakt'ın dəstəyi ilə yeniyetmə qızlar üçün keçirilən 'Her Improvement' proqra..

“Kontakt” mağazalar şəbəkəsinin dəstəyi, “FemTech” platformasının təşkilatçılığı ilə baş tutan “Her ..


Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfrans..

2010-cu ildən “Azercell Telekom”un dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Uşaq Qaynar Xə..

×