Fidan Hüseynova İnformatika üzrə beynəlxalq olimpiadada gümüş qazandı

Fidan Hüseynova İnformatika üzrə beynəlxalq olimpiadada gümüş qazandı

Reklam və Marketinq
30.11.2021 PAYLAŞIM

Azərbaycanlı məktəblilər beynəlxalq bilik yarışmasında növbəti dəfə uğur qazanıblar. Bolqarıstanın Şumen şəhərində onlayn formatda təşkil edilən informatika fənni üzrə 13-cü payız turnirində Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova gümüş medal əldə edib. Noyabrın 24-29-da keçirilən olimpiadaya aşağı yaş qrupu üzrə 15 ölkədən 168 məktəbli qatılıb. 

Azərbaycanlı məktəblinin bu uğurunda ölkəmizdə təhsilin inkişafına yönələn layihələri hər zaman dəstəkləyən “Azercell Telekom” MMC-nin də böyük rolu var. Belə ki, İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil İnstitutu və “Azercell Telekom” MMC  arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. İstedadlı şagirdlər Azercell-in dəstəyi ilə təşkil olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşaraq, öz elmi potensiallarını nümayiş etdirə bilirlər. 


Xatırladaq ki, 2017-ci ildən etibarən Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-nin dəstəyi ilə məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək, 1 qızıl, 7 gümüş və 18 bürünc olmaqla, ümumilikdə 26 medal əldə ediblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Beş şəhərdə ödənişsiz İT təlimləri keçiriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə ödənişsiz informasiya texnologiyaları (İT) ..


'Azercell Hackathon 2022' müsabiqəsinə qeydiyyat başladı!

“Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Hackathon 2022”-nin qeydiyya..


'Kontakt'ın dəstəyi ilə 'Her Improvement' proqramının ikinci mərhələsi uğurla ta..

Ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” və “FemTech” platformasının birgə t..


İnformatika üzrə daha 4 medal!

Azercell-in dəstəklədiyi məktəblilərimiz beynəlxalq olimpiadada növbəti uğur qazandı


'Yeni ilə könüllülərdən hədiyyələr ilə'

“Azercell Könüllüləri” iki yüzə yaxın uşağı sevindirib


Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

Azercell uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verməkdə davam edi..

×