İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ‘’IDDA AWARDS’’ müsabiqəsini elan edir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ‘’IDDA AWARDS’’ müsabiqəsini elan edir

Reklam və Marketinq
21.09.2022 PAYLAŞIM

    Məlumat üçün bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi milli innovasiya ekosisteminin inkişafına önəmli töhfə verən potensial oyunçuları təşviq etmək baxımından “IDDA Awards” müsabiqəsini elan edir. 

    Müsabiqənin keçirilməsində sas məqsəd ekosistemin ən perspektivli innovatorlarını aşkar etmək, onları geniş ictimaiyyətə tanıtdırmaq və innovasiya sahəsinə olan marağı artırmaqdır.


    ‘’IDDA Awards’’ müsabiqəsinin qeydiyyat prosesinə 21 sentyabr 2022-ci il tarixindən etibarən start verilir. Müsabiqənin şərtləri ilə tanış olmaq və müvafiq nominasiyalar üzrə namizədliyini irəli sürmək istəyən şəxslər və ya müəssisələr awards.idda.az veb səhifəsi üzərindən qeydiyyatdan keçə bilərlər.  

    Sözügedən müsabiqə ilə bağlı Agentliyin innovasiya ekosisteminin quruculuğu departamentinin rəhbəri Leyla Hacıyeva bildirib: ’’Ölkə tarixində ilk dəfə olaraq innovasiya ekosisteminin fəal oyunçularının aşkar edilməsində həm ictimai səsvermə həm də münsiflər heyətinin qərarı əsas götürüləcək. Əminəm ki, gələcəkdə silsilə xarakter daşıyan ‘’IDDA Awards’’ vasitəsilə biz, ekosistemə töhfə verən yüzlərlə lokomotivləri aşkar edərək onlar arasında konstruktiv əməkdaşlığı təmin edə biləcəyik’’.

Qeyd edək ki, “IDDA Awards” üzrə mükafatlandırma aşağıda qeyd olunan 9 nominasiya üzrə aparılacaqdır:

- "İlin Startapı"

- "İlin İKT Sahibkarı"

- "İlin Kəşfi"

- "Ekosistemin Lokomotivi"

- "İlin Ekosistem Oyunçusu"

- "İlin Rəqəmsallaşması"

- "İlin Texnoloji Mediası"

- "İlin İnvestoru"

- "İlin Bacarıq Gücü "

    Mükafatlandırma mərasimi 2 dekabr 2022-ci il tarixində  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəsmi tərəfdaşı olduğu  və ‘’Pasha Holdinq’’ MMC-nin təşkilatçılığı ilə keçiriləcək  “Innovation Summit” zirvə toplantısı çərçivəsində baş tutacaq.



DAHA ÇOX


'Azercell Telekom' MMC şəhidlərimizin ailələrinə dəstəyini davam etdirir

Mobil operator şəhid övladları və şəhidlərin həyat yoldaşlarına təhsil üçün təqaüdü 400 AZN məbləğin..


'Kontakt'ın 'Şeş-qoşa' kampaniyası böyük uduşlarla başa çatdı

“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Şeş-qoşa” kampaniyası son final həftəsini təqdim edib. ..


Ağalı kəndinin məktəbliləri yeni tədris ilinə Azercell ilə birlikdə başlayır!..

Bakı. 15.09.2023. “Azercell Telekom” MMC-nin əməkdaşları Zəngilan rayonunun Ağalı kəndində azyaşlı s..


'Kontakt'dan Volkswagen ID.4 qazanmağınız üçün son şans!

“Kontakt” mağazalar şəbəkəsinin başlatdığı elektromobil uduşlu “Şeş-qoşa” kampaniyası sonuncu “Volks..


'Azercell Biznes' tətbiqi artıq AppStore və 'Google Play'də!

“Azercell Biznes” ilə şirkət hesabında olan bütün mobil nömrələrinizi vahid mərkəzdən idarə edin! ..


'Kontakt' izləyicilərini saxta səhifələrə etibar etməməyə çağırır

“Kontakt” mağazalar şəbəkəsi son zamanlar şəbəkənin adından açılmış saxta səhifələrlə bağlı paylaşım..

×