main-post-cover

    Kingston-un 35 yaşı tamam olur: Kompüterləri sürətləndirən şirkət haqqında 35 maraqlı fakt

    Digər
    Reklam və Marketinq
    16.10.2022
    Emil Nəcəfov
        1. ABŞ-ın Kingston Technology şirkəti dünyanın yaddaş qurğuları istehsal edən ən böyük özəl şirkətidir.
        2. Dünyada mövcud olan hər ikinci kompüter və ya noutbuk Kingston Technology şirkətinin zavodlarında həm öz brendi həm də digər istehsalçıların brendləri altında istehsal edilmiş RAM yaddaşları ilə təchiz olunub.
        3. 2005-ci ildə Kingston Technology yaddaş modullarının istehsalı üzrə dünyanın ən böyük zavodunu istifadəyə vermişdi.
        4. Kingston Technology yaddaş qurğularının istehsalında istifadə edilən bütün komponentlərin və hazır məhsulların 100% testlərini aparır.
        5. Kingston Technology-nin özünün və müxtəlif şöbələrinin portfoliosu özündə 2000-dən çox texnoloji həlli birləşdirir.
        6. 2020-ci ildə şirkətin dövriyyəsi 12.8 milyard dollar təşkiil etmişdi.

    Şirkətin tarixi:

        7. Kingston Technology şirkəti sahibkar Con Tu və mühəndis Devid San tərəfindən 17 oktyabr 1987-ci il tarixində təsis edilib. Şirkət Kingston Trio adlı musiqi qrupunun şərəfinə adlandırılıb. Belə ki, Con Tu sözügedən musiqi qrupunun mahnılarını çox sevir.
        8. Şirkətin ilk məhsullarından biri də kontaktları tək sıra üzrə yerləşmiş (SIMM) yeni növ yaddaş modulu olub. Həmin yaddaş modulu keçmiş nəsil komponentlər əsasında yaradılmışdı. Nəticədə yeni növ yaddaş modulu növbəti illər üçün sənaye standartlarını müəyyənləşdirmişdi.
        9. Şirkət həmin illərdə ABŞ-dakı bütün birjaları çökdürmüş “Black Friday” hadisəsindən daha öncə yaradılmışdı. Con Tu və Devid San daha öncəki bizneslərinin satılmasından əldə etmiş olduqları bütün vəsaitlərini itirmişdilər və nəticədə kreditorlara 200 000$ vəsait borclu idilər.
        10. Şirkətin mövcud olduğu ilk mərhələdə Con və Devid yaddaş çiplərini qarajda nağd pul qarşılığında satırdılar.
        11. İlk müştəriləri ilə danışıqlar aparmaq üçün həmin vaxtlarda yetəri vəsaitə sahib olmayan Con və Devid bir neçə günlüyə kiçik ofis kirayə götürmüşdülər. Ofisin işçilərdən ibarət personalı qismində isə onların dostları və ailə üzvləri çıxış etmişdilər.
        12. Kingston Technology-nin simvolu qırmızı rəngdə olan Red Head adlı insan başıdır. Sözügedən simvol həmçinin Rex adı ilə də tanınır. Bu simvol 1989-cu ildə “Öz yaddaşını yaxşılaşdır” şüarlı reklam kampaniyasından sonra ortaya çıxdı. Həmin reklam kampaniyasında insan başına əlavə yaddaş modullarını yerləşdirən əllərin təsvirindən istifadə edilmişdi. Öz müasir görünüşünü simvol 1992-ci ildə əldə edib.
        13. Şirkətin baş ofisi Kaliforniyanın cəmi 55 000 nəfər əhalisinə sahib Fountain Valley (Fəvvarələr Vadisi) adlı şəhərində yerləşir. Bu şəhərdə Kingston Technology-dən əlavə olaraq D-Link şirkətinin baş ofisi və Hyundai Motors şirkətinin ABŞ üzrə baş ofisi yerləşir.
        14. İlk uğurdan sonra Con Tu, Devid San-ı biznesdən çıxmaq qərarını verməyə inandırmağa çalışırdı və bu məsələdə onunla mərc bağlamışdı. Mərcin şərtlərinə əsasən şirkətin uğurlu inkişafı halında Con Tu, Devid San-a Jaguar avtomobili almalı idi. Devid San mərcdə qalib gəlmişdi.
        15. 1996-cı ildə Kingston Technology səhmlərinin 80%-i Yaponiyanın Softbank holdinqinə 1.5 milyard dollara satılmışdı. 1999-cu ildə isə Tu ilə San cəmi 450 milyon dollar ödəməklə şirkəti geri almışdılar. Həmin ildə şirkətin  dövriyyəsi 1.5 milyard dollar təşkil etmişdi və nəticədə şirkət ABŞ-ın ən böyük şirkətləri üzrə Forbes500 reytinqinə daxil olmuşdu.
        16. 2002-ci ildə Kingston Technology-nin gamerlər və sürətli kompüter həvəskarları üçün müxtəlif məhsullar ilə komponentlərin hazırlanmasına hədəflənmiş HyperX adlı şöbəsi yaradılmışdı. HyperX bütün dünya üzrə 20-dən çox professional kiberidman komandasının sponsoru qismində çıxış edərək və RAM yaddaşının sürətləndirilməsi üzrə bir neçə rekorda imza ataraq dünyanın gamerlərdən ibarət sənayesinin lider brenlərindən birinə çevrildi. 2021-ci ildə Kingston Technology HyperX brendini və müəyyən məhsulların istehsalı biznesini Hewlett-Packard (HP) şirkətinə satdı. Müqavilənin dəyəri 425 milyon dollar təşkil etmişdi.
        17. Hewlett-Packard ilə müqavilənin yekunlaşdırılmasından sonra Kingston Technology şirkəti HyperX brendi altında olmuş məhsulların istehsalını Kingston FURY adlı yeni brend altında yenidən işə saldı. Sözügedən yeni brend kompüter texnologiyaları sahəsində mütəxəssislər və kiberidmançılar üçün yüksək performanslı DRAM SSD yaddaş həllərini təklif edir. Sözügedən brend həmçinin DDR5 standartlı yeni nəsil RAM yaddaşlarının və RGB işıqlandırmaya sahb yaddaş modullarının istehsalı ilə məşğul olur.
        18. 2010-cu ildə Kingston Technology şirkəti yaddaş qurğuları üçün nəzərdə tutulmuş idarəetmə sistemlərinin yaradılması üzrə dünyanın lider şirkətlərindən biri olan Phison ilə əməkdaşlıq çərçivəsində Kingston Solution Inc. (KSI) adlı müəssisəni yaratmışdı. Sözügedən müəssisə bazara eMMC flash yaddaş texnologiyasının inteqrasiyası sürətinin artırılmasına hədəflənmişdi və nəticədə o, məlumatların saxlanması üçün nəzərdə tutulmuş quraşdırıla bilən texnoloji həllər bazarında liderlərdən birinə çevrilmişdi. 2020-ci ildə Kingston Technology şirkəti Phison-un bazardakı payını 1.7 milyard tayvan dolları (təqribi olaraq 57 milyon dollar) qiymətinə almışdı.

    Şirkətin fəlsəfəsi:

        19. Şirkət rəhbərləri adi əməkdaşlarla bir məkanda çalışırlar. Hər bir işçinin masası üzərində “Kingston ailəsinin üzvü” yazılı kiçik ölçülü lövhəcik mövcuddur və həmin lövhəcikdə işçinin şirkətdə işə başladığı il qeyd edilib.
        20. 1996-cı ildə şirkət səhmlərinin müəyyən hissəsinin satılmasından sonra şirkətin təsisçiləri öz əməkdaşlarına premiya qismində 100 milyon dollar vəsait paylamışdılar.
        21. Con Tu, JT&California Dreaming adlı musiqi qrupunun zərb alətləri üzrə ifaçısıdır.
        22. 2002-ci ildə şirkət “Green Initiative” (“Ekoloji təşəbbüs”) adlı proqramını işə salmaqla ekoloji təmiz məhsulların vacibliyini anlamış ilk texnoloji şirkətlərdən biri olmuşdu. 2015-ci ildə Kingston Technology-nin müxtəlif ekoloji təşəbbüsləri Green Dot Award adlı nüfuzlu mükafata layiq görülmüşdü. Bu mükafat ekoloji təhlükəsiz yolla istehsal edilən və çatdırılan məhsullar ilə xidmətlərə verilir.
        23. Con Tu ilə Devid San ABŞ-da çox tanınan xeyriyyəçilərdir. Onlar hər il təhsil və səhiyyə üzrə olan müxtəlif proqramlara milyonlarla dollar vəsait bağışlayırlar.
        24. 2007-ci ildə Britaniyanın The Times nəşriyyatı, suyun təmizlənməsi və yaşayış məntəqələrinin bərpa edilməsi də daxil olmaqla dünyanın ehtiyac duyan regionlarını müxtəlif texnoloji həllər ilə təmin etdiyinə görə Kingston Technology şirkətini Times Leadership Challenge konkursunun qalibi elan etmişdi.
        25. 2010-cu ildə şirkət “This is it” adlı flash yaddaşını satışa çıxartmışdı. Satışa çıxarılmış flash yaddaş Maykl Cekson-un baş tutmayan dünya turunun adına həsr edilmişdi. Flash yaddaş özündə Windows Media Player-i birləşdirirdi və şirkət ona əfsanəvi POP ifaçısının həyatını əks etdirən sənədli filmi yazmışdı.
        26. Kingston Technology-nin fəlsəfəsi bu şüarda əks olunub: “Biz öz əməkdaşlarımıza və partnyorlarımıza qayğı göstəririk. Onlar isə bizim müştərilərimizin qayğısına qalacaqlar”.

    Texnologiyalar, Mükafatlar, Rekordlar:

        27. 2011-ci ildə Kingston Technology dünyada ilk dəfə DDR3 standartlı yaddaş qurğusunu yaratmışdı və həmin yaddaş qurğusu çalışma tezliyinin (GHz) avtomatik yüksəlməsi texnologiyasını (HyperX PnP) dəstəkləyirdi.
        28. 2013-cü ildə şirkət dünyanın ilk 1 TB həcmli, 2017-ci ildə isə dünyanın ilk 2 TB həcmli flash yaddaşını təqdim etmişdi.
        29. 2021-ci ildə Kingston Technology Intel SK Hynix şirkətləri ilə birlikdə yeni nəsil DDR5 standartlı RAM yaddaşlarının ilk yaradıcılarından və istehsalçılarından biri olmuşdu.
        30. 2022-ci ilin aprel ayında kompüterlərin sürətləndirilməsi (overclocking) üzrə mütəxəssis Kovan Yanq Kingston FURY Beast DDR5 adlı yaddaş modulunu 10 004 MHz effektiv tezliyinə kimi sürətləndirərək dünya rekorduna imza atmışdı.
        31. 2022-ci ildə Kingston Technology dünyada ilk dədə AMD Expo sertifikasiyasına sahib DDR5 standartlı RAM yaddaş modullarını təqdim edib.
        32. Şirkətin təsisçiləri ABŞ-ın ən varlı şəxsləri üzrə Forbes100 reytinqinə daxildirlər.
        33. 2016-cı ildə Imation şirkətindən USB texnologiyası ilə IronKey ticarət nişanının alınmasından sonra Kingston Technology şifrələnmə ilə qorunan USB yaddaş qurğularının ən böyük istehsalçısına çevrilmişdi.
        34. Kingston Technology şirkəti Advance Validation Labs (AVL) laboratoriyasının ana şirkətidir. Bu laboratoriya kompüter yaddaşları ilə çiplərinin test olunmasına və o cümlədən çiplərin performanslıq səviyyəsi üzrə çeşidlənməsinə hədəflənmiş ən aparıcı mərkəzlərdən biridir.
        35. 2021-ci ilin sentyabr ayında Advance Validation Labs Intel tərəfindən rəsmiləşdirilmiş yeganə test laboratoriyası olmuş və Intel-in platforması üçün yeni nəsil DDR5 RAM yaddaşlarının qiymətləndirilməsinin aparılması üzrə bütün proqramların rəhbəri olmuşdu.
    Linki kopyala