'Kontakt' Xaçmazın ən böyük elektronika və mebel mağazısını açdı – AÇILIŞA ÖZƏL ENDİRİM

'Kontakt' Xaçmazın ən böyük elektronika və mebel mağazısını açdı – AÇILIŞA ÖZƏL ENDİRİM

Reklam və Marketinq
11.05.2023 PAYLAŞIM

    “Kontakt” mağazalar şəbəkəsi ölkənin şimal sərhədində - Xaçmazda ilk mağazasının səs-küylü rəsmi açılışını edib. Xaçmaz sakinləri şəbəkənin həmin rayondakı ilk mağazasını böyük sevinclə qarşılayıblar.

    Açılışda canlı musiqi, şou-proqram, əyləncə, hədiyyəli oyunlar balacadan-böyüyə hamının marağına səbəb olub. Həmin gün Xaçmazlılar həm də əsl italyan qəhvəsinin dadına baxıb, gecə boyunca mağaza imkanlarından yararlanıblar. 


    Şəbəkə bölgə sakinlərinin ürəyini endirimli qiymətləri ilə də fəth edə bilib. Onlar evlərinə lazım olan 30 000 çeşiddə məhsulları 50%-dək endirimlə alıb, hələ üstəlik endirimli qiyməti yerindəcə düz 3 aya bölüblər.  

    Hissəli alış zamanı isə “Kontakt” müştərilərinə istənilən smartfonu ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət əşyaları, qab-qacaqları 18, mebelləri isə 24 aylıq ilkin ödənişsiz, faizsiz, ən vacibi isə heç bir komissiya olmadan əldə etmək şansı yaradıb. Qeyd edək ki, bütün sərfəli imkanlar hal-hazırda da müştəriləri sevindirməyə davam edir. Mayın 14-dək  bütün Xaçmaz və ətraf rayon sakinləri çox sərfəli fürsətləri dəyərləndirə bilərlər. 

    Ev konseptli bu mağazada evinizdəki rahatlığı tapacağınıza əminik. Mağaza 1400 kvadrat metr sahəyə malik olub, 3 mərtəbədə alıcılarına rəqəmsal, məişət, mebel, ev tekstili, qab-qacaq digər elektronika əşyalarının ən zəngin çeşidini təqdim edir. Bildirək ki, şəbəkənin Xaçmaz mağazası paytaxtdakı mağazalardan seçilməyərək özündə ən son texnoloji məhsulları cəmləşdirib. 

    Əziz Xaçmazlılar, odur ki, fürsət bu fürsətdi deyib Nəriman Nərimanov 6 küçəsində yerləşən “Kontakt Home” mağazasından yolunuzu mütləq salın. Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.



DAHA ÇOX


'Kontakt'ın 'Şeş-qoşa' kampaniyasında 18623 manat uduldu – ELEKTROMOBİL QAZANMAQ..

“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Şeş-qoşa” kampaniyasının cəmi 5 gündür başlamasına baxm..


Çempionatlar oyun sammitində elan edildi

"GameSummit" tədbiri çərçivəsində keçiriləcək oyun çempionatları haqqında məlumatları rəsm..


'Azercell Telekom' MMC-nin Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirm..

Ölkənin aparıcı mobil operatorunun beynəlxalq ISO 10002:2018 sertifikatına uyğunluğu növbəti dəfə tə..


'Kontakt'da 50%-dək endirimli 'Sevinc cərəyanı' başladı + 'ŞEŞ-QOŞA' AT ELEKTROM..

“Kontakt” bütün mağazalarında eksklüziv fürsətləri özündə birləşdirən “Sevinc cərəyanı” kampaniyasın..


'Azercell Telekom' MMC-nin tərəfdaşları ilə həyata keçirdiyi 'Uşaq Hüquqlarının ..

Silsilə tədbirlərdən ibarət layihə həssas qrupa aid olan uşaqları əhatə etdi


Azercell-in dəstəyi ilə keçirilən 'Her Improvement' layihəsi gənc qadınları texn..

Uzunmüddətli layihənin finalında iştirakçılar öz startaplarını münsiflər heyətinə təqdim etdilər..

×