
MilliNet 2023-də yekun səsvermə başa çatıb
Reklam və Marketinq
11.12.2023
Emil
Milli İnternet Mükafatı – MilliNet 2023 müsabiqəsində səsvermənin 2-ci mərhələsi başa çatıb. Rəqəmsal resursların yekun qiymətləndirmə proses prosesi 10 gün davam edib. Bu il Müsabiqəyə 13 Nominasiya üzrə 222 internet resurs təqdim edilib. Onlardan yalnız Qaydalara uyğun olan 187 resurs Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.
8 nəfər isə “İlin rəqəmsal siması” nominasiyasına qəbul edilib.
Bir Nominasiya üzrə rəqabətli mühit formalaşmadığından ləğv edilərək resurslar digər nominasiyalara keçirilib.
Yekun qiymətləndirmə prosesində 1-ci səsvermənin nəticələri əsasında Nominant statusu qazanan 71 resurs iştirak edib.
Yekun qiymətləndirmədə 15 münsifdən 14-ü iştirak edib.
MilliNet 2023 müsabiqəsinin yekunu və qaliblərinin adları Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasimində açıqlanacaq.
Yekun təqdimat mərasimi 15 dekabr tarixində Holiday İnn Otelində keçiriləcək.
MilliNet Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 13 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in xüsusi mükafatı, hədiyyələr və diplomlar təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə də hədiyyələr və diplomlar təqdim olunacaq.
Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.
MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Sponsorlar SABAH.HUB, Alas Academy , ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.
YODA, YeniMedia və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
YODA, YeniMedia və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet Təşkilat Komitəsi
Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
