main-post-cover

    MilliNet2023 müsabiqəsində resursların qeydiyyat müddəti uzadılıb

    Reklam və Marketinq
    17.11.2023
    Emil Nəcəfov
         Milli İnternet Mükafatı – MilliNet Təşkilat Komitəsi müsabiqəyə təqdim edilən rəqəmsal resursların qeydiyyat müddətini noyabr ayının 20-dək  uzadıb.
         Beləliklə, müsabiqəyə təqdim edilən resursların  qeydiyyatı 20 noyabr tarixdə saat 23.59-da başa çatacaq.
         Bu müddətədək qeydiyyatdan keçənlər, lakin müxtəlif problemlər səbəbindən MilliNet TK tərəfindən
         Müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddətində yenidən müraciət hüququnu özlərində saxlayırlar.
         TK bildirir ki, Müsabiqəyə qatılmaqla bağlı Gözləmə rejimində  və Qeydiyyatından müvəqqəti imtina edilənlər 1-ci səsvermə prosesi başa çatan andan Müsabiqəyə buraxılmayacaq. 
    MilliNet TK bildirir ki, Müsabiqə Qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçiriləcək. 
    - 1-ci mərhələ səsvermə prosesi  21 noyabr tarixdə başlanacaq və 1 dekabr tarixdə saat 00.00-da başa çatacaq.
    - 1-ci mərhələ səsvermənin  nəticələrinə əsasən hər bir Nominasiya üzrə Nominantlar  müəyyən olunacaq. 
    Bu Nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək.
    - 2-ci səsvermə prosesi 01 dekabr tarixdə  başlayacaq və 10 dekabr yekunlaşacaq.
    Münsiflərin verdikləri qiymətlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.
         Qaliblərin mükafatlandırılması ilə bağlı YEKUN TƏQDİMAT mərasiminin  dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.  
         Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
         MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
         Gold sponsorlaALVENTURESAzİnTelecom,  LenovoKATV1 və Caspel şirkətləridir.
         Sponsorlar SABAH.HUBAlas Academy , ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.
    YODAYeniMedia və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
         MilliNet-in media tərəfdaşları TRİLOGYTechnote Media və Xəbərlər.az media resurslarıdır.
         MilliNet Təşkilat Komitəsi
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MilliNet münsiflərinin yeni tərkibi təsdiqlənib
    millinet-munsiflerinin-yeni-terkibi-tesdiqlenib