
NETTY2023 nominantları müəyyən edilib. Mükafatın qalibləri mükafatlandırma mərasimində elan olunacaq
Reklam və Marketinq
11.12.2023
Emil
NETTY 2023-ün Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilmişdir.
İştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsverməsi nəticəsinə görə mükafatın nominantları olan saytlar, səhifələr və tətbiqlər seçilmişdir. Nominantların yekun siyahısı ilə mükafatının saytında https://www.netty.az/az/nominants tanış olmaq olar. Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başlamışdır. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər.

Nominantlar arasından qaliblər 18 dekabrda mükafatlandırmanın təntənəli mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət ediləcək.
Bu il mükafatı dəstəkləyənlər:
Baş partnyor – NAR.
Eksklüziv partnyor - AzInTelecom
Mükafatın rəsmi partnyorları: SmartHost, Savalan və Renley.
“Maliyyə, Bankçılıq və Fintech” nominasiyasının tərəfdaşı Simbrella.
Layihənin informasiya partnyorları: Infocity.tech, Technote.az, Oxu.az, Media.az, «Каспий» qəzeti, Baku.TV, Baku.ws, banks.az, Gilavar Foto Klubu, Baku Hit FM, Auto life Radio, Texnogid, Tech.az.
Mükafatla əməkdaşlıq haqqında sualları info@netty.az ünvanına göndərə bilərsiniz
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
