main-post-cover

    PROLogic: Bakıda 'Logitech' seminarı keçirilib – FOTO

    Digər
    Reklam və Marketinq
    13.12.2022
    Farid Pardashunas
        Noyabrın 29-da “Baku Marriott Hotel Boulevard” otelində ASBIS AGATTU komandası Azərbaycandan olan tərəfdaşları üçün çoxdan gözlənilən interaktiv “ProLogic” seminarını keçirib. 
        MDB ölkələrində, Avropada, Afrikada və Yaxın Şərqdə texnoloji məhsulların və informasiya texnologiyalarının aparıcı distribyutorlarından biri olan ASBIS şirkəti “Logitech” ilə birlikdə Qafqazdan və Mərkəzi Asiyadan olan tərəfdaşları üçün silsilə interaktiv seminarlara başlayıb. Bu qəbildən ilk seminar noyabrın 29-da Azərbaycanda, Bakı şəhərində keçirilib.
        “Məqsədimiz tərəfdaşlarımızı, “Kontakt Home”, “Baku Electronics”, “ISpace”, MAXI kimi ölkənin əsas riteylerlərinin nümayəndələrini, resellerləri və digər oyunçuları vahid platformada bir araya gətirmək, onlara “Logitech” üçün ən zəruri ofis kompüterləri aksesuarları xətti ilə tanış olmaq və ya biliklərini yeniləmək imkanı vermək, böyüməkdə olan “Logitech Gaming” seqmentinin yeni məhsulları ilə tanış etmək və ən əsası, Azərbaycana ən yaxın və ən oxşar bazarlar olan Rusiya, Belarus və Qazaxıstan bazarlarının ən yaxşı təcrübəsinə əsaslanaraq, ASBIS və “Logitech” ilə tərəfdaşlıqda necə effektiv biznes qura biləcəkləri haqqında danışmaqdır, - ASBİS-in marketinq direktoru Qalina Larionova deyir.
        Faydalı və vacib əhəmiyyət kəbs edən bu tədbir auditoriyanı gələcək fəaliyyətləri üçün daha da motivasiya edərək hər bir iştirakçıya yeni təcrübə qazanmaq və praktiki bacarıqlara yiyələnmək imkanı verib. Bu seminarı digər tədbirlərdən fərqləndirən əsas xüsusiyyət kompüter aksesuarları kateqoriyası ilə iş, ticarət məkanının qurulması, çeşid və qiymət siyasəti, onların tətbiqi variantları üzrə ən yaxşı təcrübələr, həmçinin bəziləri hələ lokal bazarda təqdim olunmamış “Logitech”in əsas yeniliklərindən istifadə etmək imkanı oldu.
        “Əsas məqsədi Bakıdan olan əsas tərəfdaşlara ASBIS və “Logitech” ilə biznesin inkişafı üçün yeni imkanların kəşf edilməsinə kömək etmək olan seminarda iştirakçıların hər birinin necə fəal şəkildə müstəqillik, təşəbbüskarlıq və şəxsi maraq nümayiş etdirməsi heyrətamizdir. Bu, şübhəsiz ki, gələcəkdə belə tədbirlərin daha tez-tez keçirilməsi istiqamətində ilk uğurlu addımdır”, - tədbirdə spiker qismində çıxış edən Yevgeni Matuseviç (BDM Logitech) “Logitech”in digər regionlardakı biznes fəaliyyətinin diqqətçəkən və maraqlı uğur hekayələri barədə öz təəssüratlarını bölüşüb. 
        Seminarın unikallığı vaxta xeyli qənaət etməklə yanaşı təlimin intensiv şəkildə keçirilməsində idi. Bundan əlavə, bu tədbir iştirakçılar üçün əla netvorkinq imkanı oldu. Belə ki, tədbir çərçivəsində iştirakçılar həm öz aralarında, həm də ekspertlərlə qarşılıqlı əlaqədə olmaq, “Logitech” cihazlarının spesifik xüsusiyyətlərini müzakirə etmək imkanı əldə etdilər. Təbii ki, əsas diqqət Azərbaycanda pərakəndə satışın daha da inkişafı üçün drayverə çevrilə biləcək geyminq və elektron ticarət kateqoriyasının sürətli inkişafına ayrılıb. 
        Bütün iştirakçılara “Logitech”in ən son cihazlarını sınaqdan keçirmək üçün eksklüziv imkan yaradılıb, onlardan ən uğurluları isə tematik müsabiqələrdə iştirak edərək brend suvenirlər və hədiyyələr qazanıblar.
    ASBIS haqqında
        30 ildən çoxdur ki, İT sənayesində fəaliyyət göstərən “ASBISc Enterprises Plc” beynəlxalq holdinqi Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunda İT məhsullarının ən böyük distribyutorudur. Şirkətin əsas fəaliyyət istiqaməti aparıcı dünya brendlərinin 110 000-dən çox İT məhsullarının distribüsiyası, istehlak biznesi (elektron distribütorluq və pərakəndə tərəfdaşlarla əməkdaşlıq), “Trad-in” istiqaməti və xidmətləri, öz brendlərinin yaradılması və distribüsiyasıdır.
        Çoxillik fəaliyyəti ərzində şirkətin bir sıra üstünlükləri var ki, qlobal brendlərlə uzunmüddətli əməkdaşlıq bunu bir daha təsdiq edir:
        1. Kifayət qədər geniş məhsul portfeli: serverlər və məlumat saxlama sistemləri, komponentlər, masaüstü və mobil fərdi kompüterlər, televizorlar, audio məhsullar, məişət texnikası, şəbəkə avadanlığı, bulud xidmətləri, smartfonlar və planşetlər, oyun qurğuları, proqram təminatı.
        2. Çex Respublikasında və BƏƏ-də şəxsi distribüsiya mərkəzləri. Təmsil olunduğu ölkələrdə lokal emal, saxlama və sürətli çatdırılma xidmətləri təklif edən logistika komandaları və anbarlar.
        3. İKT bazarlarında sürətlə dəyişən şərtləri dərindən dərk etmə və müxtəlif satış kanallarında iş təcrübəsi: vasitəçilər, sistem inteqratorları, iri müəssisələr, dövlət aparatı, kiçik və orta biznes, onlayn və pərakəndə satış şəbəkələri.
    “Logitech” haqqında
        “Logitech” insanlara hər gün rəqəmsal dünyada effektiv ünsiyyət qurmağa imkan verən cihazların işlənib hazırlanması ilə məşğul olur. 35 ildən çoxdur ki, kompüterlər vasitəsilə insanları birləşdirən “Logitech” multibrend şirkətinin məhsulları musiqi, oyunlar, videolar və kompüterlər vasitəsilə bizi daha da yaxınlaşdırır. Şirkətin brendləri sırasında Logitech, Ultimate Ears, Jaybird, Blue Microphones, ASTRO GamingLogitech G.  brendlərini göstərmək olar. 
        1981-ci ildə əsası qoyulan “Logitech International”, baş ofisi Lozanna şəhərində yerləşən, səhmləri “SIX Swiss Exchange” (LOGN) və “Nasdaq Global Select Market” (LOGI) birjalarında ticarət olunan açıq səhmdar cəmiyyətidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər