'Qızlara ağ yaraşır' çağırışına cavab verib ağ cüdoqi geyinən qızların sayı 900 oldu!
Reklam və Marketinq
07.08.2023
Emil Nəcəfov
“Azercell Telekom” və Azərbaycan Cüdo Federasiyasının birgə əməkdaşlıqda həyata keçirdiyi sosial aksiyaya qoşulan qızların sayı günbəgün artır. İdmanın, mübarizliyin və özünə inamın təbliğatına yönələn “Qızlara ağ yaraşır” kampaniyası çərçivəsində Azərbaycanın bir çox bölgələrindən 900 nəfər qız cüdo idman növünə yazılıb və artıq mütəmadi məşqlərdə iştirak edir.
Xatırladaq ki, kampaniya 7-14 yaş aralığında qızları əhatə edir. Fiziki və mənəvi sağlam olmaq, gələcəyə əmin addımlarla irəliləmək, cüdo ilə məşğul olaraq beynəlxalq idman arenalarında ölkəmizi təmsil etməyə həvəsləndirmək üçün ilk 1000 qız tələbəyə cüdoqi və 1 ay pulsuz məşq hədiyyə olunur.
Qızları Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçirməklə cüdoçular sırasına yazdırmaq mümkündür. Ətraflı məlumat üçün (+994 50) 226 28 34, (+994 50) 226 28 35 nömrələrinə zəng və ya https://qizlaraagyarasir.az/ veb-saytına müraciət etmək olar.
İstəyirik, qızlarımız cüdoqi geyinsin, çünki qızlara ağ yaraşır!
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei nova 13 və nova 13 Pro təqdim olunub - QİYMƏTİ
14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!