Reklam
Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə  görüş keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev Azercell ilə görüş keçirib

Reklam və Marketinq
23.08.2022 PAYLAŞIM

    Avqust ayının 22-si cənab Rəşad Nəbiyev “Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti ilə görüş keçirdi. R. Nəbiyev Azercell-in strateji təşəbbüsləri və gələcək planları barədə cari status hesabatlarını dinlədi. Cənab nazir, xüsusilə, abunəçilərin dinamik şəkildə artan ehtiyaclarını qarşılamaq üçün ölkə üzrə Azercell şəbəkəsinin genişləndirilməsi və modernizasiyası kimi irimiqyaslı layihənin icrasına dair hesabatla  tanış oldu. Bu layihə  4G şəbəkəsinin tutumunun Bakı və Abşeron yarımadasında 80%, rayonlarda isə 75% genişləndirilməsini təmin edəcək. Həmçinin, cənab nazirə şəbəkənin genişləndirilməsi layihəsi üzrə işğaldan azad edilmiş ərazilərdə 80-dən çox yeni 4G baza stansiyasının qurulması və şirkətin satış və xidmət mərkəzlərinin istismara verilməsi haqqında məlumat verildi. 


    Nazir telekommunikasiya sənayesinin ən son trendlərinə uyğun olaraq Az=ercell-in təqdim etdiyi məhsul və rəqəmsal həllər barədə də məlumatlandırıldı.  Belə layihələrə özündə həm maliyyə, həm də mobil rabitə imkanlarını birləşdirərək abunəçilərə rəqəmsal ödənişlər həyata keçirməyə imkan verən fintek həlli aiddir.  

    Şirkətin perspektiv planlarına gəlincə, cənab Nazirə əminliklə bildirildi ki, Azercell öz infrastrukturunun genişləndirilməsi və modernizasiyasına yatırım etmək, həm də abunəçiləri üçün innovativ rəqəmsal həllər təqdim etmək istiqamətində təşəbbüslərini davam etdirəcək.
Nazir Azercell komandasına şirkətin həyata keçirdiyi uğurlu layihələrə görə təşəkkür etdi və gələcək təşəbbüslərin həyata keçirilməsində müvəffəqiyyətlər arzuladı.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gözəllik və güc: Galaxy Z Flip4 və Galaxy Z Fold4 haqqında növbəti qeydlər..

Samsung-un qatlanan smartfonları - Galaxy Z Flip4 və Galaxy Z Fold4 - 2022-ci ilin texnoloji yenilik..


Lider mobil operator Azərbaycanda ilk dəfə olaraq müştərilərin sərbəst dizayn ed..

“İstəSən” tarifi abunəçilərə öz ehtiyaclarına uyğun tarif paketi yaratmaq imkanı verir..


Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir..

Azercell Eksklüziv mağazalarından iPhone 14 və ya iPhone 14 Pro əldə edən müştərilər 3 ay ərzində pu..


'Kontakt Home'da böyük 'iPhone 14' izdihamı

Bu gün Azərbaycanda “iPhone 14” seriyasının rəsmi satışları başlayıb.


'Kontakt'ın dəstəyi ilə yeniyetmə qızlar üçün keçirilən 'Her Improvement' proqra..

“Kontakt” mağazalar şəbəkəsinin dəstəyi, “FemTech” platformasının təşkilatçılığı ilə baş tutan “Her ..


Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfrans..

2010-cu ildən “Azercell Telekom”un dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Uşaq Qaynar Xə..

×