Reklam
Samsung Galaxy A33, A53 və ya A73? Yeni A seriyasından hansı modeli seçməli?

Samsung Galaxy A33, A53 və ya A73? Yeni A seriyasından hansı modeli seçməli?

Reklam və Marketinq
17.06.2022 PAYLAŞIM

    Artıq bir neçə ildir ki, Samsung-un A seriyası istifadəçilərin favoritinə çevrilərək,  ən sevilən cihazlar arasında yer almışdır. Seriya münasib qiyməti və Samsung məhsullarının davamlı keyfiyyətini çox uğurla özündə birləşdirir. Galaxy A33, A53 və A73-ü müqayisə edərkən gözə çarpacaq fərqi yalnız sonuncuda görmək mümkündür. 

    Belə ki, Samsung Galaxy A73 hər iki modeldən fərqlənərək, özündə bir neçə əsas məqamı əks etdirir.  Əsas fərq ondadır ki, Exynos 1280 əvəzinə bu model Snapdragon 778G prosessoru ilə təchiz edilib. Ən böyük fərq isə smartfonun kamerasında hiss olunur. Burada əsas sensor 108MP f/1.8-dir. Samsung ilk dəfədir ki, orta qiymət seqmentinə belə yüksək icazəli kameradan istifadə edir. Onu da qeyd etmək lazımdır ki, bu model, məhsul xəttinin "ən böyük" və "ən ağır" cihazıdır – onun ölçüsü, müvafiq olaraq, 6,7”, çəkisi isə 181 qram təşkil edir. Həmçinin, Samsung Galaxy A73 eksklüziv "zeytun yaşılı" rəngində mövcuddur.


    İlk baxışdan Galaxy A33 və Galaxy A53 bir-biri ilə çox oxşardır. Burada displeylərin diaqonalları demək olar ki, eynidir: Müvafiq olaraq 6,4” və 6,5”. Hər iki model FHD + Super AMOLED ekran ilə təchiz edilmişdir. Lakin, smartfonların displey yenilənmə sürəti fərqlidir, Galaxy A33-də bu göstərici - 90 Hz, Galaxy A53 isə 120 Hz təşkil edir. Gəlin smartfonlarda quraşdırılmış kameralarla birlikdə tanış olaq. Galaxy A33 48MP geniş bucaqlı, 8MP ultra geniş bucaqlı, 2MP dərinlik sensoru və 5MP makro kameraya malikdir, Galaxy A53 isə müvafiq olaraq 64MP, 12MP, 5MP və 5MP-lik obyektiv ilə təchiz edilmişdir. Hər iki model, yuxarıda qeyd edildiyi kimi, Samsung-un təqdim etdiyi yeni Exynos 1280 çipseti üzərindən işləyir.

    Smartfonlar həqiqətən cəlbedicidir. Belə ki, onları rəqiblərindən fərqləndirən əsas cəhətlərdən biri, orta seqmentə aid olmalarına baxmayaraq, bütün məhsul xəttinin smartfonlarının  IP67 standartına uyğun sukeçirməməzliyə malik olmasıdır. Həmçinin, burada son illərin yeniliklərindən biri - ekran altında yerləşən barmaq izi skaneri quraşdırılıb. Istehsalçının cihazda istifadə etdiyi böyük tutumlu batareya isə uzun müddət smartfonların üstünlüklərindən istifadə etməyə imkan verir, əlavə olaraq, burada sürətli yükləmə də mövcuddur. Yeni Galaxy A modelləri hətta maksimum həcmdə belə heç bir təhrifi olmayan aydın və balanslaşdırılmış səs təqdim edən dinamiklərlə təchiz olunmuşdur. Burada audionun özünüz ekvalayzerdə tənzimləyə və ya Dolby Atmos presetlərindən birini seçilə bilərsiniz. Sözü gedən bu presetlər fərqli ssenarilər üçün nəzərdə tutularaq, hətta onlayn oyun oynadığınız zaman səsləri tənzimləyir. Bu, məsələn, döyüş zamanı rəqiblərin yerini dəqiq müəyyən etməyə kömək edir.

    Onu da qeyd etmək lazımdır ki, smartfonlarda MScard köməyi ilə yaddaşı 1 TB-dək genişləndirmək mümkündür və onlar 6 və ya 8 GB operativ yaddaş və 128 və ya 256 GB daxili yaddaşla təchiz edilmiş versiyalarda mövcuddur.

    Samsung Galaxy A smartfonları artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Galaxy A məhsul xəttinin ən son cihazları haqqında əlavə məlumatı  Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Cehiz almaq üçün 'Kontakt Home'a gəldi, 'Şeş-Qoşa' kampaniyasından avtomobil qaz..

Hər il on minlərlə insanı qazandıran “Şeş-Qoşa” kampaniyasında artıq dördüncü avtomobil uduldu...


Nə üçün Samsung Galaxy S22 Ultra? Yeni flaqmanı ələ indi əldə etmək üçün 6 səbə..

Bu yaxında texnologiyalar üzrə dünya nəhəngi olan Samsung tərəfindən təqdim olunan yeniliklər hər kə..


Bu yay rouminqdə Azercell-in tarifləri ilə ünsiyyətdə sərbəst ol!

Lider mobil operator Sərbəst 50 və Sərbəst 75 tarif paketlərinin fakturalı xətt istifadəçilərinə rou..


Samsung Galaxy S21 FE smartfonunu xüsusi aksiya çərçivəsində əldə etmək fürsətin..

Smartfon almağı düşünürsünüz? Galaxy S21 FE-yə daha yaxından nəzər salın.


Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

Azərpoçt-un Bakı və Abşeron məntəqələrində təqdim edilən Azercell xidmətləri yaxın gələcəkdə bütün ş..

×