main-post-cover

    Samsung Unpacked - ilk dəfə Azərbaycanda!

    Digər
    Reklam və Marketinq
    14.09.2021
    Emil Nəcəfov
        DJ Tural, Orxan Aslanov, Taleh Yüzbəyov, Çingiz Mustafayev, DJ Fateh və başqalarını nə bağlayır? Sözügedən məşhurları, xüsusi olaraq Azərbaycan üçün təşkil edilmiş mobil cihazların yeni formatlı təqdimatı - Galaxy Unpacked birləşdirir. Tanınmış simalar, məşhurlar və ölkəmizin sevimliləri ən çox müzakirə olunan Samsung məhsullarının icmalını bizlərə öz nəzər prizmalarından təqdim edəcəklər. Həmişə olduğu kimi, bu il üçün yeni cihazlar açıqlanaraq, onların ətraflı təhlili təqdim olunacaqdır. Məlumdur ki, tədbir Sentyabırın 15-də baş tutacaqdır, bu yaxınlarda paylaşılan afişada isə, ölkəmizin məşhurlarının adı çəkilir. Qeyd edilənlərin arasında Galaxy Unpacked Event-in şərhçisi və saysız Samsung məhsullarının icmalının müəllifi DJ Tural da göstərilmişdir. Beləliklə,  tədbir bizlərə tanış səs sədalarının altında, üstün performans söz verir. Tədbirin qonaqları arasında Taleh Yüzbəyov və Əlixan Rəcəbov da var, düşünürəm ki, tamaşaçıların sevimliləri tədbirə bir başqa ab hava qatacaq. Samsung məhsullarının əsas pərəstişkarlarından olan Orxan Aslanov da bu siyahıda yer almışdır. Fotoqrafın hər zaman öz qeyri -adi yanaşması ilə seçilməsi səbəbindən onun təqdimatınqda icmal dinləmək mütləq maraqlı olacaq.
        Təqdimatda iki istedadlı ifaçı, Hiss və Çingiz Mustafayevlə də görüşəcəyik. Gənc istedadlar Samsung-un yeni mobil cihazlarını gənc nəslin istək və ehtiyaclarını əks etdirən tamamilə fərqli bir işıqda təqdim edəcəklər.
        Radio dinləyicilərinin sevimlisi, hər səhərimizi onun  səsi ilə başladığımız - DJ Fateh də burada iştirak edəcək. Həmçinin, tədbirdə bənzərsiz və parlaq, moda, dizayn və trendlər haqqında bütün incəlikləri bilən - Elnara di Birbuet qonaq olacaq.
        Tədbirin aparıcı tərkibi olduqca maraqlıdır, əminəm ki, Samsung məhsullarının pərəstişkarları tədbirdən həqiqətən zövq alacaqlar.
        Xatırladaq ki, ilin əvvəlindən istehsalçının bu ilin yeniliklərini təqdim etdiyi bir neçə Galaxy Unpacked tədbiri artıq baş tutmuşdur. Şirkətin bütün yeni cihazlarını birləşdirən əsas məqam kompaktlıq və multifunsionallıqdır . İstehlakçıların istək və ehtiyaclarını dinləyən Samsung, iş və ev arasındakı sərhədin demək olar ki, yox olduğu və yeni bir həyat tərzi yarandığı şəraitdə, mövcud reallığımızı daha yaxşı əks etdirən məhsulları təqdim edir. Galaxy cihazlarının əsas üstünlüyü, həm iş, həm də sosial şəbəkələrin imkanlarından daha rahat istifadə etmək və özünüzü daha dolğun ifadə etməyə kömək etmək üçün hazırlanmışdır. Samsung üçün hər bir istifadəçi vacibdir. Bu səbəbdən də, istehlakçılarının istəklərini dinləyən şirkət hər il yeni cihazlar yaradaraq, texnika və texnologiya bazarında mövcud trendləri diktə edir.
        Odur ki, tədbirə 15 Sentyabr tarixində  Bakı vaxtı ilə 20:00 tədbirə qoşulmağı unutmayın.
    Linki kopyala