main-post-cover

    TCL artıq Azərbaycanda - FOTO

    Digər
    Reklam və Marketinq
    09.09.2022
    Emil Nəcəfov
        Bu gün Azərbaycan bir dövlət kimi sürətli templərlə inkişaf edir. Bu isə dünyanın məişət elektrik texnikası istehsalçılarını ölkə bazarına cəlb etməyə bilməz. Artıq onların siyahısına daha bir nüfuzlu oyunçu – dünyanın ən böyük televizor istehsalçılarından biri olan və məhsulları 120-dən çox ölkədə satılan TCL şirkəti daxil olur. 
        Şirkət geniş çeşidli məhsul və xidmətlər, o cümlədən məişət texnikası, mobil telefonlar, smart-cihazlar və daşınan texnologiyalar, həmçinin səs sistemləri və televizorlar kimi audiovizual avadanlıqlar təqdim edir. 
        Bu məqalədə TCL şirkətinin özünəməxsusluğu və televizor dünyasında fərqliliyindən söhbət açılacaq. 
        1981-ci ildə TTK Home Appliances (Huizhou) Co., Ltd. adı altında əsası qoyulmuş TCL Çində ilk birgə müəssisələrdən olmuşdur. TCL fəaliyyətə audiokasetlərin istehsalçısı kimi başlamış və son nəticədə öz biznesini intellektual cihazların, yarımkeçiricisi displeylərin, yarımkeçirici fotoelektrik elementlərin, yarımkeçirici materialların istehsalına, sənaye maliyyəsinə və investisiya qoyuluşlarınadək genişləndirmişdir. 
        2019-cu ildə restrukturizasiya çərçivəsində TCL əsas aktivlərin təhvilini tamamlamış, “TCL Technology Group Corporation” (“TCL Technology”) və “TCL Industries Holdings” (“TCL Industries”) şirkətlərinə bölünmüşdür. “TCL Technology” yarımkeçirici displeylərin və materialların istehsalı üzrə ixtisaslaşıb. Şirkətin texnoloji və kapitaltutumlu yüksəktexnoloji sənaye qrupuna çevrilməsini sürətləndirmək üçün bu fəaliyyət sənaye maliyyələşdirməsi, investisiya biznesi və vençur investisiyaları ilə dəstəklənir. Dünya üzrə istehsalçılara intellektual texnoloji məhsulların tam spektrini təqdim etmək üçün “TCL Industries” şirkəti əsas diqqəti intellektual cihazlar üçün məhsullara və xidmətlərə yönəldib.  
        Şirkət istifadəçiyönümlü innovasiyalar və strategiyalardan istifadə etməklə “Texnologiyalar sayəsində möcüzələr yaratmaq və səmərəli həyat tərzini təmin etmək” missiyasına  tərəfdardır. TCL “intellektual texnologiyalar sayəsində aparıcı qlobal şirkətə çevrilmək” yolunda addımlamağı sürətləndirmək niyyətindədir. 
        Elektrik texnikası üzrə aparıcı dünya brendi olan TCL lider mövqelərini qorumağa çalışır. Belə ki, OMDIA-nın məlumatına görə, şirkət smart televizorlar üzrə dünya lideri, televizor istehsalı üzrə dünya ikincisidir. Layiq görüldüyü çoxsaylı mükafatlar bunu bir daha sübut edir. TCL 6 dəfə “World Brand Award” mükafatına layiq görülüb. “Interbrand” beynəlxalq konsaltinq şirkətinin təqdim etdiyi bu mükafat Çində və Asiyada ən nüfuzlu mükafatlardan biri hesab olunur. Bundan başqa, “Canne Consultants” ardıcıl 16 ildir ki, TCL şirkətini Çinin ən yaxşı brendlərindən biri kimi tanıyır. Faktiki olaraq, 2015-2018-ci illər aralığında bu siyahıda birinci sırada olması həyrətamiz nailiyyətdir. 
    Bu mükafatlardan savayı TCL bu illər ərzində çoxsaylı digər beynəlxalq mükafatlar qazanmışdır, o cümlədən: 
    ● CES-2014-də ən yaxşı 3D Smart TV;
    ● CES-2016-də ən yaxşı Smart TV;
    ● Kvant nöqtələri texnologiyaları üçün “IFA Product Technical Innovation Awards” qızıl mükafatı, 2016-cı il;
    ● На выставке CES 2017 sərgisində TCL 2016-2017-ci illər üçün 50 ən yaxşı IDG məişət texnikası brendləri siyahısına daxil olmuşdur;
    ● TCL X1 televizoru, X2 seriyalı televizor və RC800 seriyalı məsafədən idarəetmə pultu 2017-ci ildə “iF Design Award” mükafatına layiq görülüb;
    ● TCL C2 seriyası 2017-ci ildə “Red Dot Award: Product Design” mükafatına layiq görülmüşdür;
    ● TCL C70 televizoru “2017–2018-ci illərdə ən yaxşı alış” nominasiyasında EISA mükafatına layiq görülmüşdür;
     TCL TV XESS/85 X6 2017-ci ildə texniki innovasiyalar sayəsində əldə etdiyi nailiyyətlərə görə “Kvant nöqtələri texnologiyalarına görə qızıl mükafata layiq görülmüşdür;
    ● 2018-ci ildə əksetdirmə texnologiyasına görə qızıl mükafata layiq görülmüşdür;
    ● 2018-ci ildə Top-100 rəqəmsal şirkətlər siyahısına daxil olmuşdur;
    ● 2019-cu ildə ev kinoteatrları (TCL) üçün qızıl mükafata layiq görülmüşdür;
    ● 8K QLED TV Gold Award (TCL X915 Series 8K QLED TV) – 2020-ci il;
    ● iF DESIGN AWARD – 2020-ci il;
    ● ELSA mükafatı: 2020-2021-ci illərdə ən yaxşı məhsul və ən yaxşı TV alışı (TCL 65C815);
    ● Üç televizor (TCL-nin C seriyalı 2 yeni modeli daxil olmaqla) və iki yeni saundbarın dizaynına görə “Red Dot Awards” mükafatı – 2022-ci il.  
        “TCL məhsulların möhtəşəm dizaynına görə bir neçə “Red Dot Awards” mükafatına layiq görüldüyünə görə həyəcan və qürur hissi keçirir. “Əzəmətin ilhamı” kimi səslənən yeni nişanımız ambisiyalarımızı daha da gücləndirir, TCL-in missiyası isə əvvəlki kimi qalır – yüksək texnologiyalar sayəsində insanların həyatını daha rahat və intellektual etmək, müştəriləri daim birinci sıraya qoymaqla keyfiyyətli məhsulları rəqabətədavamlı qiymətə təqdim etmək”, - “TCL Electronics”in baş direktoru Şaoyun Çjan bildirib. 
        “Red Dot” — dizaynın yüksək keyfiyyətinə görə təqdim edilən mükafatdır. Bu il dizayn sahəsində peşəkarlardan ibarət beynəlxalq münsiflər təxminən 60 ölkədən olan işlərin dizayn keyfiyyətini və innovativlik səviyyəsini qiymətləndirmişdir. 
        TCL şirkətin ardıcıl 2 il “Red Dot Awards” mükafatına layiq görülməsi əlamətdar nailiyyət hesab olunur, belə ki, brend yeni bazarlara çıxır, həyatın bütün aspektləri üçün yeni və çox maraqlı imkanlar araşdırmağa və işləyib hazırlamağa davam edir. “Red Dot” mükafatının “Qələbə hələ başlanğıcdır” prinsipini rəhbər tutan TCL daha innovativ məhsullar və qabaqcıl texnologiyalar hesabına əzəmətə ilhamlandırmağa səy göstərməkdə davam edəcək. 

    Niyə məhz TCL televizorları?

        Yüksək keyfiyyətli televizorların istehsalı sahəsində 40 ildən artıq təcrübəyə malik olan TCL, “Dolby Vision HDR” texnologiyası və kənar işıqlandırmalı displey dizaynı kimi 4K funksiyaları ilə innovasiyaların tətbiqini davam etdirməklə sənayenin 8K displeylərə keçidinə başçılıq etmək üçün yaxşı imkanlara malikdir. Bu, üstün görüntü keyfiyyətini təmin edir və otaq boyunca müxtəlif istiqamətlərə uzanan çoxsaylı naqillərə ehtiyac duymadan istehlakçılara istənilən bucaqdan asanlıqla gözəl təsvirlər əldə etməyə imkan verir.
        TCL televiziya dünyasının ən böyük brendlərindən biri olduğundan, bu şirkətin məhsullarını əldə etmək təhlükəsizdir. TCL ilə münasib qiymətə yüksək keyfiyyət əldə etmiş olursunuz. Onun televizorlarının yüksək keyfiyyətli olması və müştərilərin aldıqları məhsullardan uzun illər boyu razı qalması təkzibolunmaz faktdır. 
        TCL həm də digər şirkətlərin məhsullarından fərqli bir şey əldə etmək istədikdə və hətta istəmədikdə belə əla seçimdir! TCL, “Roku” inteqrasiyası və səslə idarəetmə kimi inovativ funksiyalara malikdir ki, rəqiblər bununla hələ mübarizə aparmaq iqtidarında deyil. TCL daim bütün məhsullarını əla istifadəçi interfeysi təmin etməyi bacarır.
        Televizor bazarında TCL brendi özünü çox yaxşı tərəfdən sübut etməyi bacarmışdır. Son bir neçə il ərzində şirkətin məhsulları kifayət qədər rəqabətədavamlı olmuşdur. Zaman keçdikcə TCL məhsullarını xeyli təkmilləşdirməklə televizor bazarında lider mövqe qazanmışdır.
        Tərəfdaşlarımızın aşağıdakı saytlarında ən son TCL televizorları ilə tanış ola bilərsiniz: www.bakuelectronics.az, www.kontakt.az, www.maxi.az , www.vau.az.
    Linki kopyala