Uğurlu karyeraya Azercell-lə addımla!

Uğurlu karyeraya Azercell-lə addımla!

Reklam və Marketinq
05.10.2022 PAYLAŞIM

    “Azercell Telekom” MMC korporativ sosial məsuliyyət siyasəti çərçivəsində yüksək potensiala, bilik və bacarıqlara malik olan Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələri həvəsləndirmək, onların peşəkar inkişafına dəstək olmaq məqsədilə “Azercell Tələbə Təqaüdü 2023”  proqramına start verir.

    Proqram çərçivəsində tələbələrin İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik, Biznes Analitikası, Data Elmi, Marketinq sahələri üzrə dəyərləndirilməsi nəzərdə tutulur. Seçim komissiyası tərəfindən təşkil edilmiş mərhələlərdə yüksək nəticə göstərmiş son iki kurs (bakalavr) tələbələri ali təhsillərinin sonunadək təqaüd almaq şansını qazanacaqlar. Bununla yanaşı, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial layihələrində, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər.


    “Azercell Tələbə Təqaüdü 2023” proqramına bütün müraciətlər yalnız elektron formada qəbul olunur. Bunun üçün şirkətin rəsmi veb səhifəsində (www.azercell.jobs) uyğun istiqamət üzrə təcrübə proqramını seçib, CV-ni, tələbə biletinin və qiymət kitabçasının (transkript) skan versiyasını əlavə edərək qeydiyyatdan keçmək lazımdır. Ərizələrin son qəbul tarixi 20 oktyabr 2022-ci il tarixidir. Əlavə məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

    Azercell müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərməklə yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olur, eyni zamanda korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində cəmiyyətə töhfə verməyə çalışır

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib..

Azercell-in təşəbbüsü ilə yaradılan qaynar xətt ilk 6 aylıq fəaliyyətinin nəticələrini açıqladı..


Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keç..

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölü..

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazir..

×