Ukraynadakı yaxınlarınızla əlaqədə qalın!

Ukraynadakı yaxınlarınızla əlaqədə qalın!

Reklam və Marketinq
09.03.2022 PAYLAŞIM

    “Azercell Telekom” MMC Ukraynada davam edən durumla əlaqədar Azərbaycandan bu istiqamətdə tətbiq etdiyi pulsuz zənglərin müddətini martın 26-na (26.03.2022 tarixi daxil) qədər uzatdı. Lider mobil operator 27 fevral 2022-ci il tarixindən etibarən hazırda Ukraynadakı Azərbaycan vətəndaşları, eləcə də vətəndaşlarımızın bu ölkədə yaşayan qohumları ilə kəsintisiz telefon əlaqəsini təmin etmək, onların çətin anlarında yaxınları ilə ünsiyyətinə dəstək olmaq məqsədilə bu təşəbbüslə çıxış edir.

    Azercell bütün abunəçilərindən Ukrayna istiqamətində mobil rabitə xəttlərində mümkün yüklənmə riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarının qarşısının alınması məqsədilə qeyd edilən güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir.


    Qeyd edək ki, Azercell  daha öncə Ukraynada rominqdə olan abunəçilərin nömrələrinin balansını artıraraq 50 azn həcmində vəsait yükləyib. Balansartırma həm fakturalı, həm fakturasız xətt sistemlərinə aid bütün nömrələrə şamil olub.

    Şirkətin xidmət mərkəzləri 7/24 abunəçilərin xidmətindədir: Çağrı Mərkəzi (ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52); Online Dəstək xidməti; “Kabinetim” tətbiqi: https://www.azercell.com/az/personal/digital-solutions/kabinetim.html vasitəsilə sizi maraqlandıran suallarla müraciət edə və ya lazımı məlumatı əldə edə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell-in baş sponsorluğu ilə 'TEKNOFEST Azərbaycan' Aerokosmik və Texnologiya..

Lider operatorun “Rəqəmsal Yaşam Studiyası”nda ziyarətçiləri əyləncəli proqram və bol hədiyyələr göz..


Yeni Galaxy A33 | A53 | A73 - gəlin Samsung-un 'heyrətamiz' smartfonlarına daha ..

Bir müddət öncə Samsung, Galaxy A73, A53, A33, A23 və A13-dən ibarət “heyrətamiz” Galaxy A seriyasın..


Kompüter və informasiya təhlükəsizliyi sahəsində azərbaycanlı mütəxəssislər üçün..

Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində mütəxəssislər arasında bənzərsiz bir yarış olan CT..


'Həyatı daha dolğun edirik!' - Azercell-dən sosial layihə müsabiqəsi

Cəmiyyətin sosial inkişafı üzrə hədəfinə sadiq qalan “Azercell Telekom” “Bağlantını asanlaşdırır, hə..


'AZERCELL CUP' müsabiqəsinin qalibləri mükafatlandırıldı

Proqramlaşdırma üzrə müsabiqənin gənc qalibləri Azercell Plazada təltif edildi

×