Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib

Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib

Reklam və Marketinq
26.01.2023 PAYLAŞIM

    Ötən ilin iyun ayında Azercell-in təşəbbüsü ilə fəaliyyətə başlayan “Qadın Qaynar Xətti” çətin həyat şəraitində olan və ya şiddətlə üzləşən qız və qadınlara günün istənilən vaxtında dəstək verir. Qaynar xəttin yarımillik hesabatına əsasən mərkəzə edilən müraciətlərin 50%-dən çoxu ailədaxili problemlər, psixoloji və fiziki zorakılıqla bağlı olub. Digər zənglər hüquqi yardım, ailimentlərin alınması, boşanma, sosial-maddi rifah, səhiyyə hüququ kimi məsələlər və sığınacaqla təmin olunma ilə əlaqədar olub.  

    Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyilə yaradılan mərkəz “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən idarə olunur.


    “Ümidli Gələcək” İctimai Birliyinin xüsusi ixtisaslaşmış psixoloqları, sosial işçiləri və hüquqşünasları  zəng edən xanımlara ilkin dəstək göstərir, zəruri hallarda müraciət müvafiq dövlət qurumlarına, icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara və yerli QHT-lərə yönləndirilir. Statistikaya əsasən qaynar xəttə müraciət edən qadınların əksəriyyətinə psixoloji dəstək göstərilib, 23%-i hüquqi yardım ilə təmin edilib, 19%-i müvafiq qurumlara yönləndirilib  və 6%-i sığınacaqla təmin olunub. 

    Qaynar xətt ilə əlaqə saxlayan qadınlara aid məlumatların məxfi saxlanılmasına xüsusi diqqət ayrılır və yalnız onların öz razılığı əsasında hər hansı məlumat müvafiq təşkilat və ya qurumlara ötürülür.  

    “Qadın Qaynar Xətti” dəstəyə ehtiyacı olan bütün qız və qadınları 116111 qısa nömrəsi vasitəsilə mərkəz ilə əlaqə saxlamağa çağırır!

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keç..

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölü..

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazir..


Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi Azercell-i təltif etdi

Ölkənin lider mobil operatoru “Ulduz tərəfdaş” mükafatına layiq görüldü

×