main-post-cover

    Amazon mətnli təsvirlər əsasında fotolar tərtib edən generativ süni zəkanı təqdim edib (VİDEO)

    Proqram Təminatı
    Servislər
    30.11.2023
    Emil Nəcəfov
         Amazon şirkəti mətn formatında təsvirlər əsasında fotoların tərtibatını reallaşdıran Titan Image Generator adlı generativ süni zəkanı təqdim edib. Mətn formatında təsvirlər əsasında fotoların tərtibatından başqa sözügedən generativ süni zəka sistemi artıq hazır fotoların redaktəsi üçün nəzərdə tutulmuş funksiyaları da təklif edir. Amazon şirkətinin sözlərinə əsasən bu sistem aşağı qiymət çərçivəsində studio keyfiyyətində böyük həcmli realistik fotoları tərtib edə bilir. Məlumata əsasən Titan Image Generator mətn formatında olduqca qəliz sorğular əsasında fotoların tərtibatını reallaşdıra bilir. Titan Image Generator-un funksionallığı həmçinin hazır fotolardakı ayr-ayrı elementlərin redaktə edilməsi imkanını verir.
         Məsələn bu generativ süni zəka sistemi bu və ay digər fotodakı obyektləri əvəzləyə, fotonun arxa fonunu dəyişə bilir. Titan Image Generator-un əsasında dayanan süni zəka alqoritmləri hər hansısa fotoya əlavə süni detallar əlavə etməklə onun kompozisiyasını genişləndirə bilirlər. Məlumata əsasən sözügedən generativ süni zəka vasitəsilə tərtib edilmiş hər bir fotoya avtomatik şəkildə şəffaf işarə əlavə edilir. Əlavə edilən işarəni görmək çox qəlizdir və o, fotonun məhz süni zəka tərəfindən tərtib edildiyini əks etdirəcək. Bunun sayəsində hər hansısa fake məlumatın və ya dezinformasiyanın yayılmasının qarşısını almaq mümkün olacaq. Bununla belə şəffaf işarəni fotodan heç cür silmək mümkün olmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəka əsaslı Amazon Q çat-botu təqdim edilib
    suni-zeka-esasli-amazon-q-cat-botu-teqdim-edilib
    Keçmiş Apple işçilərinin daha çox hansı şirkətlərə müraciət etdikləri məlum olub
    kecmis-apple-iscilerinin-daha-cox-hansi-sirketlere-muraciet-etdikleri-melum-olub