Apple istifadəçilər tərəfindən yüklənməyən tətbiqləri App Store-dan siləcək

Apple istifadəçilər tərəfindən yüklənməyən tətbiqləri App Store-dan siləcək

Servislər
02.05.2022 PAYLAŞIM

    Bir neçə gün bundan öncə Apple şirkəti rəsmi olaraq xəbər verdi ki, o, uzun müddət ərzində yenilənməmiş tətbiqləri App Store platformasından siləcək. Bu barədə bildirişi uzun müddət ərzində tətbiqlərini yeniləməmiş tərtibatçılar əldə ediblər. İndi isə Apple şirkəti App Store platformasından konkret olaraq hansı tətbiqlərin silinəcəklərini açıqlayıb. Verilmiş məlumata əsasən şirkət uzun müddət ərzində yenilənməmiş və istifadəçilər tərəfindən demək olar yüklənməmiş tətbiqləri öz platformasından siləcək.

    “App Store platformasının yaxşılaşdırılması prosesi çərçivəsində son 3 il ərzində yenilənməmiş və minimal yüklənmə göstəricisinə çatmamış (ya ümumiyyətlə yüklənməmiş ya da son 12 ay ərzində çox nadir hallarda yüklənmiş tətbiqlər) tətbiqlərin tərtibatçıları elektron məktub vasitəsilə bildiriş əldə ediblər və həmin bildirişdə onların tətbiqlərinin App Store-dan mümkün silinəcək tətbiqlər kimi qiymətləndirildiyi qeyd edilib” - deyə Apple qeyd edib.


    Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə uzun müddət ərzində yenilənməmiş tətbiqlərin tərtibatçıları Apple tərəfindən xüsusi bildiriş əldə etmişdilər. Həmin bildirişdə qeyd edilmişdi ki, sözügedən tətbiqlərin tərtibatçıları öz məhsullarını 30 gün ərzində yeniləməlidirlər. Əks halda həmin tətbiqlər App Store-dan silinəcəklər. Bəzi tərtibatçılar isə Apple şirkətinin bu qərarına narazılıqlarını bildirdilər. Belə ki, narazılıqlarını bildirmiş tərtibatçıların fikirlərinə əsasən tələbatda qalmaq üçün tətbiqlərin heç də hamısı daimi yenilənməyə ehtiyac duymur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple tərtibatçılara köhnəlmiş tətbiqlərin yenilənmələri üçün 90 gün vaxt verib..

Bir neçə müddət bundan öncə məlum oldu ki, Apple şirkəti uzun müddət ərzində yenilənməmiş, az sayda ..


Google Play Store tətbiqlərin hansı istifadəçi məlumatlarını yığdıqlarını bildir..

Google şirkəti hələ keçən ilin yaz fəslində özünün tətbiqlər mağazası olan Google Play Store üçün an..


Uzun müddət ərzində yenilənməmiş tətbiqlər App Store-dan silinəcəklər..

Bir neçə müddət bundan öncə Google rəsmi olaraq bildirmişdi ki, uzun müddət ərzində yenilənməmiş tət..


Google Play Store daxilində köhnə tətbiqlər gizlədiləcək

Google şirkəti Play Store-dakı köhnə tətbiqləri gizlətməyə başlayacaq.


Samsung 10 000 tətbiqin performansının süni şəkildə aşağı salınmasında günahland..

Güman olunur ki, bu proses cihazların çalışma müddətlərinin uzadılması üçün reallaşdırılır. ..


Fransanın nizamlayıcı orqanı Google Analytics servisini qanunsuz hesab edir

Fransanın Kompüter Elmləri və Vətəndaş Azadlıqları üzrə Milli Komissiyası (CNIL) hesab edir ki, düny..

×