
Bing axtarış sisteminin ChatGPT-ya sahib yeni versiyasının interfeysi ortaya çıxıb
Servislər
05.02.2023
Emil
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, Microsoft şirkəti OpenAI tərəfindən yaradılmış süni zəka əsaslı ChatGPT çat-botunu özünün Bing axtarış sisteminə inteqrasiya etməyi planlaşdırır. Görünür, şirkət çat-botu axtarış sisteminə artıq inteqrasiya edib və onun testini reallaşdırır. Belə ki, Bing-in bəzi istifadəçiləri yenilənmiş axtarış sistemi ilə qarşılaşıblar. Owen Yin adlı tələbə öz kompüterindəki Microsoft Edge brauzerində Bing-i ana səhifə kimi quraşdırıb və quraşdırma zamanı Bing-in yenilənmiş interfeysi yüklənib.

Tələbə öz növbəsində axtarış sisteminin yeni interfeysinin yüklənməsi üçün özəl bir əməliyyatı reallaşdırmayıb. Görünür, yenilənmiş interfeys avtomatik şəkildə yüklənib. Lakin Bing-in yenilənmiş interfeysi bir neçə dəqiqədən sonra yoxa çıxıb və daha əvvəlki interfeys geri dönüb. Owen Yin-in sözlərinə əsasən yenilənmiş Bing-dəki süni zəka vasitəsilə axtarışın test olunması üçün bir neçə dəqiqə vaxt kifayət edib. Məlumatda qeyd edilib ki, axtarış çərçivəsində çat-bot cavabları təqdim etməklə yanaşı həmçinin dialoq zamanı özü də suallar təqdim edir.

Bununla yanaşı yenilənmiş Bing təqdim edilən məlumatların mənbələrini də qeyd edir və bu, çox vacib məqamdır. Belə ki, ChatGPT tərzində olan dil modelləri təqdim edilən cavablardakı məlumatların hardan əldə edildiyini qeyd etmirlər. Buna görə də həmin məlumatların doğruluqları şübhə altında qalır. Yenilənmiş Bing-in təqdim edilmiş fotosundan da görmək olar ki, standart axtarış sətrinin yanında çat bölməsi mövcuddur. Məhz həmin çat bölməsinə klikləməklə süni zəka vasitəsilə axtarış prosesi reallaşdırılır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
