
Bundan sonra Shazam Youtube, TikTok və Instagram-dakı videolarda mahnıları təyin edə biləcək
Apple lazımi mahnıların adlarının axtarılmasında yardımçı olan Shazam tətbiqi üçün faydalı funksiyanı anon edib. Belə ki, bundan sonra Shazam, TikTok, Instagram və Youtube kimi kənar servislərdəki mahnıların adlarını təyin edə biləcək. Bunun üçün istifadəçi Shazam-da axtarış prosesini işə salıb yuxarıda adları qeyd edilmiş servislərdən birinə daxil olaraq müvafiq videonu oynatmalı olacaq. Shazam isə öz növbəsində oynadılan videodakı mahnıya smartfonun mikrofonu vasitəsilə qulaq asaraq onun adını təyin edə biləcək.
Paylaş
Bənzər xəbərlər