main-post-cover

    ByteDance şirkəti TikTok-u böyük musiqi servisinə çevirməyi planlaşdırır

    Proqram Təminatı
    Servislər
    14.10.2022
    Emil Nəcəfov
        Öz TikTok platforması ilə məşhurlaşan Çinin ByteDance şirkəti həmçinin Resso adlı musiqi servisinə də sahibdir. İnsayderlərin verdikləri yeni məlumata əsasən ByteDance hal hazırda müxtəlif musiqi şirkətləri ilə danışıqlar aparır. Bunun əsas səbəbi isə ondadır ki, şirkət özünün Resso musiqi servisini genişləndirmək niyyətinddədir. Məlumatda qeyd edilib ki, ByteDance qlobal bazarda Spotify ilə rəqabət aparmağı hədəfləyib. İnsayderlər bildiriblər ki, ByteDance Resso-nu TikTok-a inteqrasiya etməyi planlaşdırır. Nəticədə şirkət öz musiqi servisini elə şəkildə genişləndirmək istəyir ki, sonda Resso musiqi streaming-i sahəsinin ən böyük mərkəzinə çevrilsin.
        Hal hazırda Resso Hindistanda, Braziliyada və bir sıra digər ölkələrdə aktivdir. Çox güman ki, ByteDance öz musiqi servisini daha çox ölkədə aktivləşdirməyi və daha sonra onu TikTok-a inteqrasiya etməyi planlaşdırır. İnsayderlərin təqdim etmiş olduqları məlumatlara əsasən ByteDance son zamanlarda Resso-nu 10-dan çox ölkədə aktivləşdirmək üçün aktiv şəkildə çalışır. Musiqi servisinin TikTok-a inteqrasiyası məsələsinə gəldikdə isə bu ideya ona əsaslanır ki, istifadəçi bu və ya digər videoya baxandan sonra baxılmış videodakı musiqini dinləyə və onun tərzinə yaxın olan digər musiqiləri əldə edə biləcək. ByteDance ortaya çıxmış bu məlumatlara heç bir fikir bildirməyib.
    Linki kopyala