Logo
    main-post-cover

    ChatGPT-də istifadəçilərin ümumi aktivlikləri ilk dəfə aşağı düşüb

    Servislər
    07.07.2023
    Emil
        Similarweb adlı analitik şirkətin verdiyi məlumata əsasən iyun ayının statistikası üzrə ChatGPT-nin veb saytındakı trafik ilə unikal istifadəçilərin sayı keçən ilin noyabr ayından ilk dəfə aşağı düşüb. Məlumatda qeyd edilib ki, ChatGPT-nin kompüter və mobil cihazlardan olan qlobal trafiki may ayı ilə müqayisədə iyun ayında ümumi olaraq 9.7% aşağı düşüb. Unikal istifadəçilərin sayı isə 5.7% aşağı düşüb. Bununla yanaşı istifadəçilərin ChatGPT veb saytında keçirtdikləri ortalama vaxt göstəricisi 8.5% azalıb.
        Analitiklər bunu çat-botun yenilikçi effektinin artıq keçməsi və real zaman ərzində olan məlumatları təqdim etməyi bacaran generativ süni zəka sistemlərinə olan tələbatla əlaqələndiriblər. İlk əvvəl ChatGPT-nin aktivliyi rekord templə yüksəlirdi. İlk iki ay ərzində çat-botun istifadəçi kütləsi 100 milyonu keçdi. Hal hazırda ChatGPT-nin veb saytına ay ərzində 1.5 milyard insan daxil olur. Bu isə onu dünyanın ən vacib 20 veb resursundan biri edir. ChatGPT hətta Microsoft Bing axtarış sistemindən də məşhur olub. Baxmayaraq ki, ChatGPT əsasında çalışan bot Bing-ə də inteqrasiya edilib.
    Paylaş
    Bənzər xəbərlər