
Eskizləri detallı bədii fotolara çevirən yeni neyron şəbəkəsi istifadəyə verilib (VİDEO)
Mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi üçün nəzərdə tutulmuş Stable Diffusion neyron şəbəkəsinin yaradıcısı olan Stability AI şirkəti Stable Doodle adlı yeni servisini təqdim edib. Təqdim edilmiş yeni servis eskizləri detallı fotolara çevirmək imkanına sahibdir. Stable Doodle öz növbəsində Stable Diffusion XL platforması əsasında çalışır. Yeni sistem eskizin konturlarını analiz edir və daha sonra onun daha detallı bədii tərtibatını yaradır.
Yeni sistemi ClipDrop adlı platformada test etmək mümkündür. Bu, primitiv eskizlərin əsasında detallı bədii fotoların yaradılması üçün nəzərdə tutulmuş yeganə sistem deyil. Lakin Stability AI şirkəti bildirib ki, digər bu cür sistemlərdən fərqli olaraq Stable Doodle daha sürətlə çalışır və daha yüksək keyfiyyətli nəticəni təmin edir. Şirkət əlavə edib ki, Stable Doodle dizaynerlər və illustratorlar üçün çox faydalı olacaq. Belə ki, onlar bu yeni sistem vasitəsilə öz layihələrində zamana qənaət edə biləcəklər.
Paylaş
Bənzər xəbərlər