Logo
    main-post-cover

    GitHub servisi Copilot alətinə səslə idarəetmə funksiyasını əlavə edib

    Servislər
    10.11.2022
        Microsoft-a məxsus olan GitHub servisi özünün Copilot adlı alətinə səslə idarəetmənin inteqrasiyası üzrə təcrübələr aparır. Qeyd etmək lazımdır ki, Copilot aləti kod sətrinin neyron şəbəkə vasitəsilə avtomatik doldurulması üçün nəzərdə tutulub və bu halda neyron şəbəkə kod sətrini açıq bazalarda axtarış vasitəsilə doldurur. “Hey, GitHub” ifadəsi vasitəsilə klaviaturadan istifadə etmədən kodun səs vasitəsilə daxil edilməsi üçün Copilot-u işə salmaq olar.
        Bu bir növ istifadəçinin Apple Siri Google Assistant səsli köməkçiləri ilə qarşılıqlı əlaqəsinə bənzəyir. Səsli idarəetməni əhatə edəcək funksiyalar GitHub-ın Copilot-dan istifadə edən istifadəçiləri üçün aktiv olacaq. Qeyd etmək lazımdır ki, Copilot-dan istifadə üçün istifadəçilər hər ay 10$ abunəlik haqqı ödəməlidirlər. GitHub bu aləti 2022-ci ilin əvvəlində istifadəyə vermişdi. O, kodun yazılması mövzusunda proqramçılara yardım üçün nəzərdə tutulub.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    GitHub servisi Copilot alətinə səslə idarəetmə funksiyasını əlavə edib | Technote