main-post-cover

    Google artıq ənənəvi şifrələrin yerinə Passkey-dən istifadəni təklif edir

    Servislər
    13.10.2023
    Emil Nəcəfov
         Google şirkəti istifadəçilər arasında Passkey texnologiyasını yaymağa davam edir. Bu texnologiya ənənəvi şifrələrin istifadəsindən azad olmağa imkan verir və həmin şifrələrin autentifikasiya üsullarından biri ilə əvəzlənməsini təklif edir. Şirkət elan edib ki, o artıq öz istifadəçilərinə giriş açarının yaradılması təklifini göndərib. İstifadəçilər yaradacaqları giriş açarından istifadə edərək öz Google hesablarına daxil ola biləcəklər və bu halda heç bir şifrənin daxil edilməsinə ehtiyac qalmayacaq.
         Passkey texnologiyası ənənəvi şifrələr ilə müqayisədə daha təhlükəsiz və rahat alternativ hesab edilir. O, şifrələrdən və SMS təsdiqləmələrdən istifadəni aradan qaldırır və onları PIN kod və ya barmaq izi ilə üz skanı kimi biometrik autentifikasiya ilə əvəz etməyi təklif edir. Bununla belə biometrik məlumatlar Google şirkətinə və ya başqa birinə ötürülmür. Buna görə də yüksək konfidensiallıq səviyyəsi qorunub saxlanılır. Bununla belə Google bildirib ki, ənənəvi şifrələr aktual olaraq qalırlar və hansısa səbəbdən Passkey-dən istifadə etməyi istəməyən istifadəçilər şifrələrdən istifadə etməyə davam edə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Find N3-ün real fotoları ortaya çıxıb
    oppo-find-n3-un-real-fotolari-ortaya-cixib
    Adobe şirkətinin yeni süni zəka funksiyası videolardakı lazımsız obyektləri silə bilir
    adobe-sirketinin-yeni-suni-zeka-funksiyasi-videolardaki-lazimsiz-obyektleri-sile-bilir
    Yenilənmiş Google Search-ə fotoların tərtib edilməsi funksiyası əlavə edilib
    yenilenmis-google-search-e-fotolarin-tertib-edilmesi-funksiyasi-elave-edilib
    Samsung Galaxy S24 Ultra-nın kameralarında faydalı özəllik reallaşdırılacaq
    samsung-galaxy-s24-ultra-nin-kameralarinda-faydali-ozellik-reallasdirilacaq
    Exynos 2400 və Snapdragon 8 Gen 3-ün GPU test nəticələri ortaya çıxıb
    exynos-2400-ve-snapdragon-8-gen-3-un-gpu-test-neticeleri-ortaya-cixib