
Google Chrome brauzerinin iOS versiyasına yeni faydalı funksiyalar əlavə ediləcək
Google şirkəti Chrome brauzerinin iOS versiyası üçün böyük yenilənmə anons edib. Anons edilmiş yenilənmə brauzerə bir neçə faydalı funksiyanı əlavə edəcək. Əsas yeniliklərdən biri də Google Lens-in birbaşa brauzerə inteqrasiyası olacaq. Hal hazırda Google Lens-in funksionallığı iPhone çərçivəsində ayrıca Google tətbiqində aktivdir. Yaxın zamanda isə o, birbaşa Chrome brauzerində istifadəyə veriləcək. iPhone çərçivəsində Google Lens brauzer daxilində URL ünvan sətrinin yanında yerləşəcək. Müvafiq ikona klikləyəndən sonra istifadəçi Google Lens-i işə sala biləcək.
Bununla yanaşı istifadəçi Google Lens-i bu üsul ilə aktivləşdirəndən sonra ona Gallery-dəki fotoları da əlavə edə biləcək. Digər bir yenilik hələ ki, yalnız ABŞ regionunda aktiv olacaq. Söhbət, brauzer daxilində seçilmiş mətnlərin tərcüməsi özəlliyindən gedir. Qeyd etmək lazımdır ki, daha öncə brauzer veb səhifəni yalnız tamamilə tərcümə edirdi. Bununla yanaşı brauzer veb səhifədəki hansısa ünvana səhifə daxilində açılacaq mini Google Maps-da baxmaq imkanını verəcək. Bunun üçün istifadəçi ünvanı seçib onun üzərinə klikləyib bir neçə saniyə saxlamalı olacaq. Nəticədə ortaya çıxacaq kontekst menyuda müvafiq əməliyyatı seçmək mümkün olacaq.
Paylaş
Bənzər xəbərlər