Logo
    main-post-cover

    Google Now Launcher bu ay fəaliyyətini dayandıracaq

    Servislər
    05.04.2023
    Emil
        Pixel smartfonlarından əvvəl Google şirkəti öz smartfonlarını Nexus brendi altında istehsal edirdi və həmin smartfonlarda Google Now Launcher-dən istifadə edilirdi. Bu, bir növ təmiz Android idi. Google Now Launcher 2013-cü ildə Nexus 5 adlı smartfon ilə birlikdə təqdim edilmişdi. Lakin daha sonra şirkət Nexus brendini bağladı və Pixel brendini təqdim etdi. Bu illər ərzində Google Now Launcher-dən hələ də istifadə etmək mümkün idi. İndi isə məlum olub ki, şirkət Google Now Launcher-i bağlamaq qərarına gəlib.
        Qeyd etmək lazımdır ki, sözügedən launcher-in əsas fərqləndirici özəllikləri arasında heç bir ayarlanmaya məruz qalmamış interfeys və Google Now servisi var idi. Google Now Launcher-in 14.4 nömrəli son beta versiyasının öz istifadəçilərinə göndərmiş olduğu bildirişdə qeyd edilib ki, launcher artıq bu ay öz fəaliyyətini dayandıracaq. Google öz növbəsində istifadəçilərə digər launcher-ə keçid etməyi məsləhət görüb. İstifadəçi bunu fərdi şəkildə etmədiyi halda onun smartfonu şirkət tərəfindən təyin edilmiş standart istifadəçi interfeysinə avtomatik şəkildə keçid edəcək.
    Paylaş
    Bənzər xəbərlər