main-post-cover

    Google Photos-a yeni süni zəka funksiyası əlavə edilib

    Proqram Təminatı
    Servislər
    16.08.2023
    Emil Nəcəfov
        Google Photos servisindəki Memories adlı funksiya yenilənib. Belə ki, bundan sonra istifadəçilər fotolardan təşkil olunmuş kolleksiyaları üçün orijinal başlıqların tərtib olunmasında süni zəkadan istifadə edə biləcəklər. Servisin tətbiqində istifadəyə verilmiş Memories adlı yeni qovluqda istifadəçilər müəyyən mövzuları və hadisələri əhatə edən fotoların avtomatik sıralanmış kolleksiyalarına baxa və onları redaktə edə bilərlər.
        Üstəlik “Help me title” adlı funksiya sayəsində istifadəçilər fotoların tərkib hissələri əsasında avtomatik olaraq sıralanmış kolleksiyalar üçün başlıqların tərtib edilməsini reallaşdıra bilərlər. Tərtib edilmiş başlıq istifadəçini qane etmədiyi halda o, süni zəka üçün mətn formatında lazımi ipucunu verə bilər. Bu funksiyalar Google Photos-un ABŞ-dakı istifadəçiləri üçün artıq aktivdir və yaxın aylar əırzində digər ölkələrin istifadəçiləri üçün də aktivləşdiriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər