
Google şirkəti tətbiqlərdəki nasazlıqlar barəsində istifadəçilərə xəbərdarlığın bildirilməsi funksiyasını hələ keçən ilin payız fəslində anons etmişdi. İndi isə məlum olub ki, bu funksiya çərçivəsində xəbərdarlıqları daha çox istifadəçi görməyə başlayıb. Bundan əlavə olaraq tətbiqlərin hansı halda bu cür xəbərdarlıq göstəricisini əldə etdikləri barəsində məlumat da verilib. Bu və ya digər tətbiqin düzgün şəkildə çalışmaması bildirişini istifadəçilər tətbiqin donması və ya gözlənilmədən öz işini yekunlaşdırması halında əldə edirlər. Bu statistika isə tətbiqdəki problemin hansı sayda cihazda yaşanması əsasında formalaşır.
Tətbiqin ani olaraq öz işini dayandırması halı üçün bu göstərici 1.09%, istifadə zamanı odnması halı üçün isə 0.47% təşkil edir. Məsələn bu və ya digər tətbiq bütün zaman ərzində cihazların 1.09%-də öz işini ani olaraq dayandırsa, Google onun Google Play-dəki səhifəsində bu barədə bildirişi yerləşdirəcək. Eyni hal həmçinin tətbiqin iş zamanı donmasını da əhatə edir. Bundan əlavə olaraq bu cür tətbiqlər üçün nəzərdə tutulmuş xüsusi filtr də mövcuddur. Məsələn bu və ya digər tətbiq yalnız müəyyən model smartfon ilə planşetdə nasazlıqlarla çalışırsa, həmin tətbiqin Google Play-dəki nasazlıq bildirişi yalnız nasazlıqların baş verdiyi smartfon və ya planşet modelinin istifadəçiləri tərəfindən görünəcək.
Şərh yoxdur