Reklam
Google Play Store region dəyişmə qaydası (bağlı oyunları yüklə)

Google Play Store region dəyişmə qaydası (bağlı oyunları yüklə)

Servislər
30.07.2022 PAYLAŞIM

    Google Play Store-da bəzi tətbiq və oyunlar var ki, tərtibatçılar bu oyun və həlləri yalnız müvafiq regionlar üçün aktiv edirlər. Əsasən Amerika bazarı üçün nəzərdə tutulan belə həllər isə Azərbaycanda yaşayan birinə lazım olanda, hesabı Azərbaycan-a bağlı olduğu üçün həmin tətbiq və oyunları smartfona yükləyə bilmir. Amma əgər siz Technote izləyicisinizsə bu problemin həllini də bilməsiniz. Azercell-in təqdimatında bugün Tech-Help-də smartfonunuzda Google Play Store regionunu dəyişməyin ən sadə qaydalarından biri haqqında danışırıq.

    Google, sizin internetin IP məlumatlarına əsaslanaraq Google Play Store hesabı yaradan zaman avtomatik olaraq həmin məlumatlar əsasında hesabın açıldığı ölkəni, regionu təyin edir və yalnız həmin region üçün nəzərdə tutulmuş təbiq və oyunları sizə göstərir. Lakin bu o demək deyil ki, siz həmin tətbiq və oyunlardan faydalana bilməzsiniz. Adətən belə olan halda istifadəçilər internetdən həmin həllərin apk fayllarını tapıb yükləməklə məsələnin həllini tapırlar. Lakin apk fayllar hər zaman güvənilir olmur. Biz isə buna alternativ olaraq elə Play Store-un özündən regionu dəyişməklə belə tətbiqləri yükləmə qaydasını izah edirik.


    Məsələn, ekranda gördüyünüz bu tətbiqin, Azərbaycan hesabından baxıldığı üçün yüklənmə düyməsi aktiv göstərilmir. Bu məsələni həll etmək üçün isə edəcəyimiz ilk iş internet IP məlumatlarımızı Amerika regionuna dəyişməkdir. Bu işdə isə  bizə güvənilir VPN servisləri kömək ola bilər. Bunun üçün elə Play Store-dan “Hotspot Shield VPN” tətbiqini yükləyib, müvəqqəti pulsuz istifadə üçün “use with ads and limits” seçimini edirik. Daha sonra “connect” düyməsinə toxunaraq 15 dəqiqə vaxt əldə etmək üçün “reklamı izlə” düyməsinə basırıq. Reklam bitdikdən sonra isə tətbiq bizim internet IP-mizi amerikaya daşıyır.

    Bu vaxtın getdiyi zaman ərzində Play Store-a qayıdıb, indiki hesabımızın yer aldığı profilimizə keçid edirik. Buradan hesabımızın yanında olan “ox” işarəsinə toxunub, “add another account” seçimini etməliyik. Bu, cihaza yeni hesabın əlavə olunmasıdır. Bizə lazım olan isə aşağıdakı “create account” seçimindən yeni hesab yaratmaqdır. Həmin bölməyə daxil olaraq, açılan ekrandan “ad, soyadımızı”,  növbəti ekranda “doğum tarixi və cinsimizi” daxil edib, sonra isə bizim ada uyğun gmail hesablarından birini seçərək “next”ə basırıq. Son mərhələdə isə hesabımız üçün parolunu dəyin edirik. Mobil nömrə bölməsində isə amerika nömrəmizin olmadığı üçün prosesi “skip” edərək sonlandırırıq.

    Bununlada yeni hesab yaradılmış olur və açılan ekrandan hesabımızı seçib, qaydalarla razılaşaraq, yeni “play store” hesabımıza daxil oluruq. Lakin ekranda gördüyünüz kimi hələ də köhnə hesab “Play Store”da görünür. Bunu dəyişmək üçün bizə lazım olan şəklimizin üstünə toxunaraq, yenə ox işarəsindən yeni yaratdığımız hesaba keçid etməkdir. İndi isə axtardığımız tətbiqi və oyunu yükləmək üçün son edəcəyimiz şey, sadəcə həmin tətbiq və oyunu axtarmaqdır. Gördüyünüz kimi, əvvəl yüklənməsi mümkünsüz olan tətbiq, indi yüklənmək üçün hazır vəziyyətdədir.

    Əslində bu prosesi yeni hesab açmadan sadəcə VPN istifadə etməklə də həll etmək mümkündür. Bunun üçün elə mövcud hesabın “sazlamalar” bölməsinə, açılan ekrandan “general” daha sonra “account and device” menysuna keçid etmək lazımdır. Buradan isə VPN-də daxil olduğunuz ölkəyə uyğun Google sizə yeni regionu təklif edir və buradan həmin regiona keçid etmək mümkündür. Lakin, işin pis tərəfi keçid etdikdən sonra 365 gün ərzində geriyə qayıtmaq mümkün olmur. Elə bu səbəbdən də biz sizə yeni hesab üzərindən başqa regiona keçid etməyin qaydasını izah etdik. Lazım olan tətbiqi və oyunu yüklədikdən sonra isə VPN-i bağlayıb, rahatlıqla əvvəlki hesabınıza qayıda bilərsiniz.

    Heç yerdə tapa bilməyəcəyiniz Azərbaycan dilində daha çox texnoloji məlumat üçün isə bizim kanala abunə olub, sosial şəbəkələrdə bizi izləməyi unutmayın. Bu videonu da save edin ki, zamanı gəlib, lazım olanda tapa biləsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Bu tətbiqlər sizin məlumatları heç kimə verən deyil - TOP 3

İnternet məcrasında və rəqəmsal dünyada başımıza gələcək ən pis hadisələrdən biri də şəxsi məlumatla..


Bu 4 tətbiq həyatını dəyişəcək - Tech-Help

Həyatımızı dəyişəcək və bir növ daha yaxşı yaşamağımıza səbəb olacaq tətbiqlər rubrikamızda bu dəfə ..


Google mobil oyunlar ilə tətbiqlər daxilində qıcıqlandırıcı reklamlara müəyyən q..

Google özünün tətbiqlər mağazası olan Google Play Store-dan köhnəlmiş tətbiqləri silməklə yanaşı həm..


ByteDance şirkəti TikTok Music servisini istifadayə verməyə hazırlaşır

Məşhur video platforma olan TikTok-un sahibi ByteDance şirkəti bu ilin may ayında ABŞ-ın Ticarət niş..


Youtube Premium-un faydalı funksiyası iPhone və iPad istifadəçiləri üçün pulsuz ..

Google şirkəti Youtube Premium-da mövcud olan vacib funksiyanın pulsuz şəkildə iOS və iPadOS-də isti..


Adobe Photoshop-un pulsuz veb versiyasını istifadəyə verib

Adobe şirkəti Photoshop tətbiqinin güclü kompüter və ödənişli abunəlik tələb etməyən versiyasının te..

×