Logo
    main-post-cover

    Google Search üçün Perspectives adlı yeni faydalı funksiya istifadəyə verilib

    Servislər
    24.06.2023
    Emil
        Google şirkəti Google Search üçün nəzərdə tutulmuş yeni funksiyanı istifadəyə verib. İstifadəyə verilmiş yeni funksiya axtarış sorğularında müxtəlif nöqteyi nəzərlərin əks olunmasına imkan verəcək. Bu məsələdə əsas üstünlük sosial platformalardakı əsl istifadəçilərin təqdim etdikləri nöqteyi nəzərlərə veriləcək. Söhbət, Google Search-də istifadəyə verilmiş Perspectives adlı yeni bölmədən gedir.
        İstifadəçi öz axtarış sorğuları üzrə filtrdə Perspective bəndini seçəndən sonra o, axtardığı mövzu üzrə müxtəlif forumlarda, saytlarda və sosial şəbəkələrdə istifadəçilər tərəfindən paylaşılan qısa və uzun videoları, fotoları və mətn formatında olan paylaşımları görə biləcək. Perspectives vasitəsilə reallaşdırılan axtarış sorğusunun nəticələri özlərində TikTok və Youtube videolarını, müxtəlif saytlardakı paylaşımları və Quora ilə Reddit kimi platformaların paylaşımlarını birləşdirəcək. Perspectives üzrə tərtib olunan axtarış nəticələri lenti bir növ Pinterest-i xatırladır.
    Paylaş
    Bənzər xəbərlər