main-post-cover

    Google Search-ün süni zəka əsaslı versiyası məqalələri ümumiləşdirməyi öyrənib

    Proqram Təminatı
    Servislər
    17.08.2023
    Emil Nəcəfov
        Hal hazırda test rejimində və üstəlik süni zəka əsasında çalışan Google Search Generative Experience (SGE) axtarış sistemi internetdəki məqalələri ümumiləşdirməyi öyrənib. İstifadəçinin lazımi məlumatı əldə etməsi yolunda səhifəni aşağı sürüşdürməsi kimi prosesə artıq ehtiyac yoxdur. Belə ki, SGE müəyyən müddətdir ki, axtarış nəticələrini ümumiləşdirə bilir. İstifadəyə verilmiş yeni funksiya isə lazımi məlumatın olduğu səhifəyə keçid edəndən sonra sistemin imkanlarını genişləndirməyə şərait yaradır. Google təmsilçiləri bildiriblər ki, bu yeni funksiya Search Labs adlı proqram çərçivəsində erkən təcrübə kimi istifadəyə verilib.
     
        İlk öncə funksiya Google Search-ün Android iOS üçün nəzərdə tutulmuş versiyalarında mövcud olacaq. Yaxın günlərdə isə məqalələrin ümumiləşdirilmiş funksiyası üstəlik Chrome brauzerinin veb versiyasına inteqrasiya edilməlidir. Sözügedən funksiyadan mobil cihazlarda istifadə etmək üçün ekranın aşağı hissəsindəki xüsusi ikona klikləmək lazımdır. Xüsusi ikona klikləyəndən sonra sistem bu və ya digər məqalədə əsas hissələri seçərək ayıracaq. Bu funksiya yalnız internetdə açıq şəkildə mövcud olan məqalələr ilə çalışmaq üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, süni zəka sistemi ödənişli əsasla çalışan saytlardakı kontentləri emal etməyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər