Logo
    main-post-cover

    Google şirkəti Google Podcasts servisinin bağlanacağını elan edib

    Servislər
    27.09.2023
    Emil
        Google şirkəti Google Podcasts servisini bağlayacağını elan edib. Bu, 2024-cü ildə baş verəcək. Şirkətin bu qərarı istifadəçilərin daha geniş şəkildə Youtube Music servisinə inteqrasiyaları çərçivəsində qəbul edilib. Bu ilin əvvəlində şirkət elan etmişdi ki, Youtube Music servisinə podkastların dəstəyi əlavə ediləcək. Avqust ayında isə Youtube Music-ə podkastlara sahib RSS kanalların yüklənmə mümkünlüyü anons edildi. Artıq aydın məsələdir ki, şirkət Google Podcasts ekosistemini birbaşa Youtube Music servisinə daşımaq niyyətindədir.
    Paylaş
    Bənzər xəbərlər