İstifadəçilər sifariş etdikləri bağlamaları Gmail vasitəsilə izləyə biləcəklər

İstifadəçilər sifariş etdikləri bağlamaları Gmail vasitəsilə izləyə biləcəklər

Servislər
04.11.2022 PAYLAŞIM

    Google şirkəti yaxın zamanda Gmail-də istifadəyə veriləcək yeni funksiya barəsində danışıb. İstifadəyə veriləcək yeni funksiya sifariş bağlamalarını rahat şəkildə izləmək imkanını verəcək. Beləliklə bundan sonra istifadəçi sifariş bağlamasının nə zaman ona çatacağını öyrənmək üçün Gmail daxilində məktubu açıb oxumaq məcburiyyətində qalmayacaq. Bu yeni funksiya yaxın zamanda olacaq gərgin bayram günlərindəki yüklənmələri daha da azaldacaq. Gmail daxilindəki məktublar siyahısında yaşıl rəngli indikator əks olunacaq və həmin indikator sifariş bağlamasının nə zaman çatdırılacağını bildirəcək.


    Müvafiq məktubu açmaqla istifadəçi sifariş bağlaması barəsində olan ətraflı məlumatı əldə edə biləcək. Açılacaq məktubda həmçinin sifariş bağlamasının izlənməsi üçün nəzərdə tutulacaq link də yerləşdiriləcək. Poçt qutusunda sifarişin qısa statusu (bugün və ya sabah çatdırılması) əks olunacaq. Sifarişin gecikməsi halında istifadəçi bu barədə bildiriş əldə edəcək. Sözügedən funksiya avtomatik olaraq çalışmayacaq. İstifadəçi Gmail-ə daxil olan zaman ekranda əlavə pəncərə əmələ gələcək və həmin pəncərədə istifadəçiyə Gmail üzərindən sifariş bağlamalarının izlənməsi özəlliyinə abunə olmaq təklifi ediləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple istifadəçilərin iCloud Photos-dakı fotolarının qalmaqallı skan funksiyasın..

Hələ 2021-ci ildə Apple şirkəti uşaqların təhlükəsizliklərinin təmin olunması üçün nəzərdə tutulmuş ..


Google Search-ün veb versiyasında axtarış nəticələri uzun lent şəklində əks olun..

Google Search-ün veb versiyasında bundan sonra axtarış nəticələri uzun lent formatında təqdim ediləc..


Microsoft WeChat tərzində super tətbiq yarada bilər

Verilmiş yeni məlumata əsasən Google və Apple şirkətlərinin mobil axtarış bazarında monopolist olduq..


Google Photos istifadəçiləri geolokasiya tarixçələri vasitəsilə daha izləməyəcək..

Uzun müddət ərzində Google Photos alqoritmləri geolokasiya məlumatlarına sahib olmayan fotoların çək..


Microsoft Edge brauzeri daha çox məşhurlaşmağa başlayıb

Statcounter servisi brauzerlər bazarının yeni statistikasını təqdim edib.


Samsung cihazların fərdi təmiri zamanı istifadəçilərə kömək ola biləcək tətbiqi ..

Son illərdə istifadəçilərin öz cihazlarını fərdi şəkildə təmir etmə hüquqlarını əhatə edən təşəbbüs ..

×