Microsoft Bing Chat-ın adını Copilot ilə əvəzləyib
Servislər
16.11.2023
Emil Nəcəfov
Microsoft şirkəti süni zəka əsaslı çat-botunun Bing Chat adlanmasından imtina edib onu Microsoft Copilot ilə əvəzləyib. Qeyd etmək lazımdır ki, Bing Chat bu ilin əvvəlində Bing brauzerindəki axtarış nəticələrinə inteqrasiya edilmişdi. Bundan sonra axtarış nəticələrindəki çat-bot Copilot adlanacaq. Şirkət Copilot-un pulsuz versiyasını ChatGPT-nin alternativi kimi qələmə verir. Microsoft 365 üçün nəzərdə tutulmuş ödənişli Copilot isə öz növbəsində biznes həlləri üçün nəzərdə tutulub.
Mütəxəssislər bildiriblər ki, Microsoft-un süni zəka əsaslı çat-botda Bing brendindən imtina etməsi bir qədər qəribədir. Belə ki, şirkət bu axtarış sistemi çərçivəsində süni zəka funksiyalarının inkişafına diqqət ayırmışdı. Lakin indi şirkət məhz Copilot brendinə öz diqqətini ayırıb. Qeyd etmək lazımdır ki, sözügedən çat-bot bir neçə müddət bundan öncə Windows 11-də istifadəyə verildi. Bəzi məlumatlara əsasən şirkət onu həmçinin Windows 10-da da istifadəyə verə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft ilk fərdi süni zəka çipini təqdim edib
Microsoft ilk fərdi süni zəka çipini təqdim edib
Microsoft şirkəti özünün Cobalt 100 və Maia 100 adlı fərdi çiplərini təqdim edib.
Microsoft süni zəka əsaslı Copilot köməkçisini Windows 10-da istifadəyə verə bilər
Microsoft süni zəka əsaslı Copilot köməkçisini Windows 10-da istifadəyə verə bilər
Hələ bir neçə müddət bundan öncə Microsoft şirkəti süni zəka əsaslı Copilot köməkçisini Windows 11-də istifadəyə verdi.
Microsoft Windows CE əməliyyat sisteminin dəstəyini dayandırdı
Microsoft Windows CE əməliyyat sisteminin dəstəyini dayandırdı
Microsoft şirkəti Windows CE əməliyyat sisteminin dəstəyini dayandırdığını elan edib.
Windows Phone-nun uğursuzluğunun əsas səbəbi açıqlanıb
Windows Phone-nun uğursuzluğunun əsas səbəbi açıqlanıb
Keçən həftə Microsoft şirkətinin CEO-su Satya Nadella müsahibəılərindən birində qeyd etdi ki, o, şirkətin Windows Phone şöbəsinin bağlandığından məyusdur və bu qərar onun şirkət CEO-su vəzifəsindəki ən ağır qərarlarından biri olub.
Windows 12 ənənəvi Start düyməsindən məhrum ola bilər
Windows 12 ənənəvi Start düyməsindən məhrum ola bilər
Dünən Qualcomm özünün Snapdragon X Elite adlı yeni desktop prosessorunu təqdim edən zaman Microsoft şirkətinin CEO-su Satya Nadella bildirdi ki, növbəti Windows süni zəka əsaslı funksiyaların təsirləri altında dəyişikliyə məruz qala bilər.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddisı ilə məhkəməyə verilib