Microsoft ChatGPT-nı özünün Office tətbiqlərinə inteqrasiya etməyi planlaşdırır

Microsoft ChatGPT-nı özünün Office tətbiqlərinə inteqrasiya etməyi planlaşdırır

Servislər
11.01.2023 PAYLAŞIM

    Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Microsoft şirkəti süni zəka əsaslı ChatGPT çat-botunu özünün Bing axtarış sisteminə inteqrasiya etməyi nəzərdən keçirdir. İndi isə verilmiş yeni məlumata əsasən şirkət həmçinin sözügedən çat-botu özünün ofis tətbiqlərinə inteqrasiya etməyi və bununla da istifadəçilərə ofis tətbiqləri çərçivəsində yeni funksiyaları təqdim etməyi planlaşdırır. Məsələn istifadəyə veriləcək funksiyalardan biri şirkətin ofis tətbiqlərində ChatGPT alqoritmi sayəsində istifadəçilərə sənədlərin sürətlə tərtib edilməsində yardımçı ola bilər. The Information saytının verdiyi məlumata əsasən şirkət süni zəka tərəfindən emal ediləcək səsli əmrlər vasitəsilə Outlook üzərindən axtarış funksiyasını reallaşdırmağı nəzərdən keçirdir.

    Bu halda Outlook üzərindən axtarış prosesində açar sözlərdən istifadə etməyə ehtiyac qalmayacaq. Bununla yanaşı Outlook və Word elektron məktublar üçün avtomatik şəkildə sürətli cavabların tərtib edilməsi imkanını və sənədlərə müxtəlif dəyişikliklərin əlavə edilməsi üzrə məsləhət sistemini əldə edə bilərlər. ChatGPT-nın dəqiq şəkildə növbəti MS Office versiyasına inteqrasiya edilib-edilməyəcəyi bilinmir. Ola bilər ki, şirkət hal hazırda sadəcə olaraq bu cür imkanı nəzərdən keçirdir. Qeyd etmək lazımdır ki, 2019-cu ildə Microsoft ChatGPT-nı yaratmış OpenAI təşkilatın 1 milyard dollar investisiya yatırmışdı. Bir neçə gün bundan öncə isə məlumat ortaya çıxdı ki, şirkət təşkilata əlavə 10 milyard dollar investisiya yatırmağı nəzərdən keçirdir.




DAHA ÇOX


Fotoların tərtibatı üçün nəzərdə tutulmuş DALL-E sisteminin 3-cü versiyası təqdi..

OpenAI şirkəti mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi üçün nəzərdə tutulmuş DA..


Google Chrome brauzerinə iki yeni təhlükəsizlik funksiyasını əlavə edəcək..

Google şirkəti özünün Chrome brauzeri üçün iki yeni təhlükəsizlik funksiyası üzərində çalışır. ..


Stable Audio adlı yeni süni zəka platforması istifadəyə verilib

Stability AI şirkəti Stable Audio adlı yeni süni zəka platformasını istifadəyə verib.


ChatGPT-nin aktivliyi aşağı düşməkdə davam edir

OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun saytına giriş trafiki artıq üçüncü aydır ki, ..


Google Gboard-a süni zəka vasitəsilə qrammatik səhvlərin düzəldilməsi funksiyası..

Google şirkətinin Gboard adlı virtual klaviaturasının yeni beta versiyası istifadəyə verilib...


Apple öz ekosistemini kənar tətbiq mağazaları üçün məcbur açmalı olacaq..

Avropa Komissiyası bazar monopoliyası baxımından ən təhlükəli olan şirkətlərin və servislərin siyahı..

×