main-post-cover

    Microsoft Edge brauzeri daha çox məşhurlaşmağa başlayıb

    Proqram Təminatı
    Servislər
    02.12.2022
    Farid Pardashunas
        Statcounter servisi brauzerlər bazarının yeni statistikasını təqdim edib. Brauzerlər bazarı çox ləng şəkildə dəyişir və aydan-aya çox cüzi fərqlə müəyyən dəyişikliklər baş verir. Lakin buna baxmayaraq müəyyən faktorlarda dinamika müşahidə edilir. Məsələn Microsoft Edge brauzeri getdikcə daha da məşhurlaşır. Beləliklə verilmiş məlumata əsasən bu ilin noyabr ayı üzrə lider olaraq hələ də Google Chrome brauzeri qalır. O, brauzerlər bazarının 66.18% payına sahibdir. Onun heç bir rəqibi bu göstəriciyə yaxınlaşa bilməyib.
        Maraqlı məqam ondan ibarətdir ki, brauzerlər bazarının ikinci yerini Microsoft Edge tutur. Belə ki, o bu bazarın 11.17% payına sahibdir. Statcounter servisinin verdiyi məlumata əsasən bu, Microsoft Edge brauzerinin istifadəyə verildiyi vaxtdan indiyənə kimi olan ən rekord göstəricisidir. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilin noyabr ayında Microsoft Edge brauzerlər bazarının 9.52% payına sahib idi. Safari brauzerinin yalnız macOS əməliyyat sistemində istifadə olunmasına baxmayaraq o, brauzerlər bazarında üçüncü yeri tutub. Onun bazardakı pay göstəricisi 9.62% təşkil edir. Mozilla Firefox 7.1% göstərici ilə siyahının dördüncü yerini, Opera isə 3.3% göstərici ilə siyahının beşinci yerini tutub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər