Logo
    main-post-cover

    Microsoft fotorealistik avatarların yaradılması servisini təqdim edib (VİDEO)

    Servislər
    17.11.2023
    Emil
       Microsoft şirkəti insanların fotorealistik avatarlarının yaradılması servisini təqdim edib. Təqdim edilmiş servisin əsas üstünlüklərindən biri də odur ki, onun vasitəsilə yaradılan avatarlar istifadəçi tərəfindən təqdim edilən mətnə uyğun dodaq hərəkətlərinə sahib olurlar. Bununla yanaşı şirkət audio nümunə əsasında səsin kopyalanması alətini də təqdim edib. Azure AI Speech text to speech avatar adlı yeni servis istifadəçiyə bu və ya digər insanın fotosunu yükləməyə və lazımi ssenarini qeyd etməyə imkan verir. Nəticədə daxil edilmiş məlumatlar əsasında sistem danışan avatarın videosunu tərtib edir.
         Tərtib edilən avatarlar bir neçə dildə danışa bilərlər. Təyin edilmiş ssenari çərçivəsində avatarlar OpenAI şirkətinin GPT 3.5 kimi süni zəka sistemlərindən istifadə edərək istifadəçilərin müəyyən süuallarına cavab verə bilərlər. Personal voice adlı alət isə istifadəçinin səsini saniyələr içərisində kopyalaya bilir. Bunun üçün istifadəçi səsinin əks olunduğu 1 dəqiqəlik audio nümunə lazımdır. Microsoft Personal voice funksiyasını personallaşdırılmış səsli köməkçilərin yaradılmasında, kontentlərin müxtəlif dillərə dublaj olunmasında, audio kitabların və podkastların yaradılmasında istifadə etməyi təklif edir. Şirkət bildirib ki, bu iki yeni alət məhdud sayda istifadə ssenarisi çərçivəsində məhdud sayda istifadəçi üçün aktiv olacaq. 
    Paylaş