main-post-cover

    Samsung cihazların fərdi təmiri zamanı istifadəçilərə kömək ola biləcək tətbiqi istifadəyə verəcək

    Proqram Təminatı
    Servislər
    30.11.2022
    Emil Nəcəfov
        Son illərdə istifadəçilərin öz cihazlarını fərdi şəkildə təmir etmə hüquqlarını əhatə edən təşəbbüs daha çox şirkəti əhatə etməyə başlayır. Nəticədə həmin şirkətlər istifadəçilərə cihazları fərdi şəkildə təmir etməyə icazə verirlər. Bu cür təşəbbüsə artıq Apple, Samsung Google şirkətləri sahibdirlər. Onlar həmçinin bu və ya digər cihazın təmiri üçün lazım olan ehtiyat hissələrini də istifadəçilərə təqdim edirlər. İndi isə məlum olub ki, Samsung bu məsələdə istifadəçilərin işlərini daha da sadələşdirməyə hədəflənib. Belə ki, son məlumatlara əsasən Samsung fərdi şəkildə təmir prosesini reallaşdırmaq istəyən istifadəçilərə düzgün təmir təlimatlarını təqdim edəcək xüsusi tətbiq üzərində çalışır. Yeni tətbiq Self Repair Assistant adını əldə edəcək.
        Sözügedən tətbiq bu və ya digər cihazda təmir prosesini necə düzgün şəkildə reallaşdırmaq lazım olduğunu istifadəçiyə başa salacaq. Samsung-un bu tətbiqin ticarət nişanının qeydiyyatı üçün göndərmiş olduğu sorğusunda qeyd edilib ki, Self Repair Assistant mobil telefonlar üçün nəzərdə tutulmuş tətbiqi proqram təminatıdır və o, smart saatların, planşetlərin, smartfonların və qulaqlıqların təmir olunmaları zamanı istifadəçiyə yardımçı olacaq. Sözügedən tətbiq cihazların fərdi təmirləri ilə əlaqəli olan konsultasiya və məlumat xidmətlərini təqdim edəcək. İlkin mərhələdə tətbiq özündə yalnız bəzi flaqman cihazlar barəsində məlumatları birləşdirəcək. Tədricən isə onun məlumatlar bazası müxtəlif növ Samsung cihazları barəsindəki məlumatlarla genişləndiriləcək. Self Repair Assistant tətbiqinin nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala