
Süni zəka əsaslı Amazon Q çat-botu təqdim edilib
Servislər
29.11.2023
Emil
OpenAI şirkəti ChatGPT-yə, Google şirkəti Bard adlı çat-bota, Microsoft isə Copilot adlı süni zəka köməkçisinin müxtəlif versiyalarına sahibdir. İndi isə süni zəka əsaslı çat-bota sahib şirkətlər arasına yenisi qatılıb. Söhbət, Amazon şirkətindən gedir. Belə ki, o özünün Amazon Q adlı süni zəka əsaslı çat-botunu təqdim edib. Sözügedən çat-bot adi istifadəçilər üçün deyil, korporativ istifadəçilər üçün nəzərdə tutulub. Amazon Q-nün bacarıqları arasında vacib sənədlərin tərkib hissələrinin qısa şəkildə ümumiləşdirilməsi, şirkətlərin daxili xidmətləri üçün sorğuların doldurulması, şirkətlərin siyasətləri ilə bağlı sualların cavablandırılması, redaktədə köməklik və s. var. Amazon Q öz növbəsində Copilot, Google Duet AI и ChatGPT Enterprise kimi digər korporativ çat-botlarla rəqabət aparacaq.

Məlumatda qeyd edilib ki, adi istifadəçilər üçün nəzərdə tutulmuş çat-botlardan fərqli olaraq Amazon Q konfidensial məlumatların yüksək səviyyədə qorunması özəlliyinə sahibdir. Məsələn əgər hər hansısa şirkət əməkdaşı şirkətin maliyyə proqnozları ilə bağlı konfidensial məlumatlara sahib deyilsə, Amazon Q rəsmi maliyyə məlumatlarını təqdim etmədən həmin onları imitasiya edə bilər. ChatGPT və Google Bard-dan fərqli olaraq Amazon Q hansısa konkret süni zəka modelinə əsaslanmır. Bunun yerinə o, Amazon Bedrock platformasından istifadə edir. Bu platforma isə özündə bir neçə süni zəka sistemini birləşdirir. Amazon Q-nün bir istifadəçi üçün aylıq istifadə haqqı 20$ təşkil edəcək.
Paylaş
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
