main-post-cover

    13 il öncə təhsilini dayandırmış Mark Zuckerberg sonunda diplomunu aldı (VİDEO)

    Sosial Media
    26.05.2017
    Farid Pardashunas

    Mark Zuckerberg, Harvard Universitetinin tələbəsi olduğu müddətdə Facebook-u yaratmışdı.

    Lakin buna baxmayaraq o, universiteti tam bitirmədi və ordan ayrıldı. Ayrıldığı müddətdən 13 il sonra o, diplomunu almaq üçün universitetə qayıtdı və tələbələr qarşısında çıxış etdi. O, Facebook-u yaradarkən Harvard Universitetinin psixologiya fakültəsində təhsil alırdı .Lakin universitetin ikinci kursunda o öz təhsilini yarımçıq qoydu. 13 il sonra o yenidən universitetə qayıtdı. Lakin psixologiya üzrə təhsilini bitirmək üçün deyil, öz diplomunu almaq üçün qayıtdı. Öz diplomunu alandan sonra Mark, Facebook-da belə bir status yazdı. “Ana, mən sənə həmişə demişdim ki, mən universitetə geri qayıdıb öz diplomumu alacam”. Harvard tələbələrinin qarşsıında çıxışı zamanı Mark, onu narahat edən problemlər haqqında danışdı. Həmin məsələlər arasında immiqrasiya mövzusu da var idi. Mark, öyüdçüsü olduğu bir məktəbli haqqında danışdı. O qeyd etdi ki, onun ABŞ vətəndaşlığı yoxdur və buna görə o, universitetə daxil olmaya bilər. “Facebook”un təsisçisi həmçinin ali təhsil qiymətlərinin yüksəlməsi, ABŞ-da tətbiq edilməsini təklif etdiyi ümumi əsas gəlir mənbəyi və ciddi iqlim dəyişiklikləri kimi problemlərə toxunub. Onun fikrincə cavan nəslin böyük işlər görməsi vaxtı artıq gəlib çatıb və yaxşı dünyanın yaradılması üçün gənc nəsli bir araya gəlməyə səsləyib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər