
2016-nın ən məşhur tətbiqləri
Sosial Media
07.05.2017
Farid
"Nielsen”analitik şirkəti 2016-cı ilin maraqlı statistikasını dərc edib.
Şirkət, bu il smartfonlarda hansı tətbiqlərə daha çox tələbatın
olduğunu müəyyən edib. Maraqlısı ondadır ki, 2016-cı ilin ən məşhur tətbiqləri
siyahısındakı 10 tətbiqdən 8-i "Facebook” və "Google” şirkətlərinə məxsusdur. "Technote.az”ın
"TechCrunch”a istinadən verdiyi xəbərə əsasən birinci yerdə, ay ərzində 146
milyon istifadəçisi ilə Facebook sosial şəbəkəsinin tətbiqi tutub. Bu göstərici isə
keçən ilkindən 14% böyükdür. İkinci yerdə isə 130 milyon istifadəçisi ilə Facebook Messenger qərarlaşıb. İlk üçlüyü 114 milyon istifadəçisi ilə YouTube bağlayır. "Facebook” ilə "Google” şirkətlərinin tətbiqlərinin məşhur
olduqlarını anlamaq çətin deyil. Belə ki, Facebook, dünyanın ən böyük sosial şəbəkəsidir. Instagram-dan istifadə edənlərin isə gündən günə sayı artır. Bu isə onu
dünyanın ən böyük fotoservisi edir. "Google”a gəldikdə isə onun tətbiqləri
bütün Android smartfonlarda öz əksini tapır və ham onlardan istifadə edir.
Sözügedən siyahı ilə aşağıdan tanış ola bilərsiniz.
Paylaş
Bənzər xəbərlər