Logo
    main-post-cover

    2019-cu ildə məşhur iTunes servisi bağlanacaq

    Sosial Media
    18.12.2017
    “Apple” şirkəti 2019-cu ildə iTunes servisini bağlamağı planlaşdırır.
    Belə ki, bu servis artıq insanların musiqi dinləmələri üsullarının standartlarına cavab vermir. Bu barədə WeAreYou adlı sayt xəbər verib. Saytın verdiyi məlumata əsasən şirkət etiraf edib ki, son illər ərzində dünyada musiqi dinləmək modeli tamamilə dəyişib. Buna görə də şirkət özünün musiqi axını servisini istifadəyə verməyi planlaşdırır. Şirkət tərəfindən yaradılacaq yeni servis Spotify, SoundCloud YouTube kimi servislər ilə rəqabət aparacaq. Məlumata əsasən Apple istifadəçilərini iTunes-dan yeni platformaya ilk 3 ay ərzində pulsuz şəkildə musiqi yükləmək imkanı ilə keçirdəcəklər. iTunes-un bağlanması barəsində qərar, bu servisdə musiqi satışlarının aşağı düşməsindən sonra verilib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    2019-cu ildə məşhur iTunes servisi bağlanacaq | Technote