Logo
    main-post-cover

    2025-ci ildə internet trafiki 19 % artıb

        2025-ci ildə qlobal internet trafiki 19 faiz artıb. Bu barədə internet infrastrukturunun əsas oyunçularından biri olan Cloudflare-in yayımladığı “Cloudflare Radar 2025 Year in Review” hesabatında deyilir. Hesabat il ərzində insanların onlayn davranışlarını və internetdən istifadə tendensiyalarını əhatə edir.
        Cloudflare-in məlumatına görə, insanlar bu il internetdə əvvəlkindən daha çox vaxt keçiriblər. Bu artım eyni zamanda rəqəmsal dünyadakı dəyişiklikləri də üzə çıxarıb. 2025-ci il ərzində AOL dial-up internet xidməti rəsmi olaraq tarixə qovuşub, lakin bunun əvəzində Starlink kimi peyk internet xidmətləri dünyanın ən ucqar bölgələrinə belə internet çıxışı təmin edib.
         Hesabat internetin texniki vəziyyətinə dair maraqlı statistikaları da ortaya qoyur. Qlobal internet infrastrukturunun əsas sütunlarından biri olan Cloudflare bu il böyük bir kəsinti ilə gündəmə gəlib. Həmin nasazlıq zamanı Spotify, Google, Snapchat, Discord və Nintendo kimi məşhur platformalarda müvəqqəti problemlər yaşanıb.
         Cloudflare eyni zamanda bir çox sayt üçün trafik nəzarətçisi rolunu oynadığına görə, internetdə baş verən dəyişiklikləri yaxından müşahidə etmək imkanına malikdir. Şirkətin hesabatına əsasən, AI botlarının aktivliyi ciddi şəkildə artıb. Artıq AI botları bütün HTML sorğularının 4,2 faizini təşkil edir. Bu da süni intellekt şirkətlərinin interneti kütləvi şəkildə “scrape” etməsi ilə əlaqələndirilir.
         Artım əsasən ilin ikinci yarısında baş verib. Cloudflare bildirir ki, ilin əvvəlində internet trafiki nisbətən sabit qalıb. Əsas artım isə ilin ikinci yarısında qeydə alınıb. Bu tendensiya yeni il tətillərindən sonra iş və təhsil həyatının normallaşması ilə izah olunur.
         Google isə hələ də internetin dəyişməz lideridir. Süni intellekt sahəsində OpenAI ilə ciddi rəqabət aparmasına baxmayaraq, Google hələ də dünyanın ən populyar internet xidməti olaraq qalır. Cloudflare-in reytinqinə görə, Google-dan sonra Facebook, Apple və Microsoft gəlir. ChatGPT isə ilk 10-luğa belə daxil olmayıb.
         Bundan əlavə, Google:
        •    ən çox trafik yaradan Verified Bot-a (GoogleBot),
        •    dünyanın ən populyar axtarış sisteminə,
        •    və ən çox istifadə edilən veb brauzerə (Chrome) sahibdir.
    Paylaş