
6 Aprel 1980-ci il. 20-ci əsrin ən vacib ixtiralarından biri. Söhbət kompüterdən getmir
Sosial Media
07.05.2017
Farid
6 Aprel 1980-ci il tarixində "3M” şirkəti, ABŞ-da Post-It Notes kağızlarını satışa çıxardı.
Bu məhsul çox qısa zaman ərzində məşhurlaşdı və nəinki ofis
işçiləri arasında, həmçinin tələbələr, evdar qadınlar, sürücülər və s. tərəfindən
istifadə edilməyə başlandı. Hər şey isə 1968-ci ildə başlamışdı. Həmin ildə "3M”
şirkətində çalışmış kimyaçı Spencer Silver, zəif və iz buraxmayan kley
yaratmışdı. İlk öncə heç kim bu ixtiranı ciddiyə almadı. Lakin şirkətin digər
bir işçisi Arthur Fry, həmin kleydən özü şəxsən istifadə edirdi. Sözügedən
kleyin ixtgirasından, onun məşhur məhsulda istifadə olunması arasında 12 illik
vaxt intervalı var. 1999-cu ildə isə Fortune jurnalı, Post-It Notes kağızlarını, 20-ci əsrin ən vacib ixtiraları siyahısına daxil etmişdi. Qeyd etmək
lazımdır ki, bu məhsul günümüzdə də daxilində heç bir dəyişiklik olmadan
istehsal olunur və satılır. Təbii ki, digər istehsalçılar da var. Lakin "3M” şirkəti,
digər istehsalçıları gəlirinə və bazardakı yerinə görə qabaqlayır.
Paylaş
Bənzər xəbərlər