6 yaşlı Ryan dünyanın ən çox pul qazanan YouTube vloggerlərindən birinə necə çevrildi? (VİDEO)

6 yaşlı Ryan dünyanın ən çox pul qazanan YouTube vloggerlərindən birinə necə çevrildi? (VİDEO)

Sosyal Medya
13.12.2017 PAYLAŞIM

YouTube cəmiyyətində yeni ulduz yaranıb. Söhbət, 6 yaşlı Ryan adlı uşaqdan gedir. Onun YouTube kanalı bir müddət bundan öncə yaranıb və onun artıq 10 milyon abunəçisi və valideynlərinin köməyi ilə etdiyi oyuncaqlar üzrə icmallarına milyonlarla baxış sayı var. Bir neçə müddət bundan öncə YouTube servisinin 2017-ci il üzrə ən çox pul qazanmış vloggerləri haqqında xəbərimizdə Ryan da var idi. O öz kanalı hesabına bu il 11 milyon dollar vəsait qazanmışdır. Bu göstərici ilə isə o, məşhur PewDiePie kanalına uduzur (12 milyon dollar vəsait). Inc.com saytı bu uşaq, onun valideynləri və uğurlu YouTube kanalı haqqında olan bütün məlumatları bir araya yığıb. Ryan-ın kanalı Ryan’s ToysReview adlanır və onun atası ilə anası tərəfindən prodüsserləşdirilir. Onun soyadı barəsində məlumat verilməyib. Həmçinin təhlükəsizlik baxımından valideynlər öz adlarını söyləmir və yaşadıqları şəhəri gizli saxlamağa çalışırlar.


Onlar barəsində olan yeganə məlumat bundan ibarətdir ki, Ryan-ın atası tikinti mühəndisi kimi çalışır, anası isə keçmiş kimya müəlliməsidir. O öz oğlunun YouTube kanalı ilə məşğul olmaq üçün işdən çıxıb. Bir neçə il bundan öncə Ryan YouTube-da olan oyuncaqların icmallarına baxmağı sevirdi. Nəticədə o, valideynlərindən onun üçün bu cür kanal yaratmağı istədi və onlar razılaşdılar. Lakin ilk vaxtlarda Ryan-ın icmal videolarını çox az adam izləyirdi. Günlərin birində onun anasının ağlına yaxşı ideya gəldi. İdeya ondan ibarət idi ki, Ryan-ı bir oyuncaqla oynayan zaman deyil, Pixar-ın məşhur "Cars" seriyasının bir neçə oyuncaqları ilə oynayan zaman videoya çəkmək. Nəticədə həmin video sürətli şəkildə viral oldu. Video 100+ cars toys GIANT EGG SURPRISE OPENING Disney Pixar Lightning McQueen kids video Ryan ToysReviewadlanır və o artıq 800 milyondan çox baxış sayına sahibdir.


Başa düşmürəm ki, nəyə görə bu qədər insanın bu videodan xoşu gəlib. Əvvəlcədən bilsəydim belə videoları çox çəkərdim” – deyə Ryan-ın anası sonradan etiraf edib. Kanalın strategiyasının necə qurulmasını və onu necə inkişaf etdirilməsini valideynlər bilmirdilər. Onlar bunu ona görə edirdilər ki, bu, Ryan-ın xoşuna gəlirdi. “Bizim YouTube təcrübəmiz yox idi. Mən ömrümdə heç vaxt ora video yükləməmişəm. Biz hər şeyi proses müddətində öyrəndik” – deyə valideynlərdən biri qeyd edib. Ryan-ın özü isə YouTube ulduzu oldu.

“İnsan arasına, ərzaq və ya oyuncaq almaq üçün mağazaya çıxdığımız zaman insanlar onu tanıyır və sevinirlər. Ryan düşünür ki, o insanlar onun dostlarıdır və o onlarla oynamaq istəyir” – deyə Ryan-ın anası bildirib.

Ryan-ın auditoriyası əsasən 3-7 yaş arası uşaqlardır. Siz onun videolarına baxmasanız da, əslində bu çox böyük və uğurlu bazardır.


Ryan-ın məşhurluğu onun xüsusi YouTube proqramlarında iştirakına imkan verdi. Bu isə daha yüksək reklam tariflərinin əldə olunması deməkdir. Bundan əlavə olaraq ailə hıəmçinin sponsor reklamlarının yerləşdirilməsi üçün bir neçə brendlə müqavilə də bağlayıb. Oyuncaq sənayesinin Ryan-a fikir verməsindən sonra bu ailə böyük biznesə daxil oldu.

“Əgər məhsul 10-20 milyon baxış sayı yığırsa və əgər görürsənki o, Ryan-ın və digər uşaqların xoşuna gəlir, bu, məhsulun satışlarına çox böyük təsir göstərir” – deyə Toys, Pets, Tots və and More kimi saytların CEO-su olan Jim Silver bildirib.

Kanalda mütəmadi olaraq Ryan-ın oyuncaqlarla oynayaraq eyni anda nəsə danışdığı əks olunan videolar çıxır. Washington Post həmçinin qeyd edib ki, Ryan hər videonun sonuna kimi intriqanı saxlamağı bacarır. O, hər bir videonun məğzini tədricən başa salır və onun bir çox videolarının adlarının başlığında “SÜRPRİZ” sözü yazılır. Ryan üçün videoları onun valideynləri çəkir. Əsasən onlar videonu həftə sonları çəkir, onun montajını isə Ryan məktəbdə olanda edirlər. Baxmayaraq ki bu biznes ailəyə ildə 11 milyon dollar gəlir gətirir, valideynlər başa düşürlər ki, bu iş həmişəlik deyil. Gec-tez bu biznesə son qoyulacaq və Ryan-ın anası buna görə məyus olmur.

“Hələki onun bu işdən xoşu gəlir. Hər dəfə mən ona deyəndə ki, biz video çəkməyə gedirik, o sevinir. Bu onun xoşuna gəldiyi və onun gündəlik həyatına mane olmadığı bir vaxta kimi biz bunu davam etdirəcəyik. Lakin bunun ona heç bir sevinc bəxş etmədiyini anlayanda artıq dayanmaq lazım olacaq” – deyə Ryan-ın anası bildirib.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Lazım olan anda 189 TAXI sizinlədir – VİDEO

“Sizə lazım olan anda” – Azərbaycanda ilk taksi xidməti olan 189 TAXI-nin yeni şüarıdır...


'Uşaq Qaynar Xətt' xidməti artıq qısa nömrədə

Psixi Sağlamlıq gününə həsr olunan konfransda Azercell-in təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətini..


Instagram fərdi məlumatların üçüncü tərəfə ötürülməsini idarə etməyə imkan verəc..

Instagram-a fərdi məlumatların üçüncü tərəfə ötürülməsini izləmək funksiyası əlavə ediləcək...


Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

Ölkədə rəqabət qabiliyyətli kadrların hazırlanmasına daim dəstək olan “Azercell Telekom” MMC, öz fəa..


Azercell-dən gözəl nömrələrə xüsusi kampaniya!

Ölkənin telekom bazarında ən sərfəli təkliflər ilə seçilməyi hədəfləyən “Azercell Telekom” MMC, inte..


Azercell ilə ən sevilən filmləri izləmək artıq daha asandır!

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell abunəçilərini müasir dövrün trend..