Bu il ən çox pul qazanmış YouTube vloggerləri

Bu il ən çox pul qazanmış YouTube vloggerləri

Sosyal Medya
10.12.2017 PAYLAŞIM

Forbes saytı 2017-ci ilin ən çox qazanan YouTube vloggerlərinin reytinqini tərtib edib.

Birinci yerdə gamer Daniel Middleton (DanTDM) qərarlaşıb. Reytinqin iki illik tarixi ərzində Middleton ən çox vəsait qazanmış vlogger olub. O, 1 il ərzində 16.5 milyon dollar qazanıb. Onun DanTDM adlı YouTube kanalına isə 17 milyon insan abunə olub.

Reytinqin ikinci pilləsini Evan Fong tutub. Onun YouTube-dakı VanossGaming adlı oyun kanalına 21 milyon insan abunə olub. 1 il ərzində o, 15.5 milyon dollar qazanıb.

Üçüncü yerdə Dude Perfect adlı idman kanalı qərarlaşıb. 5 dostun sahib olduğu bu kanal 2017-ci ildə 14 milyon dollar qazanıb.

Dördüncü yeri gamer Mark Fishbach tutub. Onun Markiplier adlı YouTube kanalı 1 il ərzində 12.5 milyon dollar qazanıb. Onun kanalına isə 18 milyon insan abunə olub.

Top 5-i isə eyniadlı kanalın sahibi Logan Paul bitirib. O bu il ərzində 12.5 milyon dollar qazanıb.

Altıncı yeri keçən iki ildəki reytinqə birinci yeri tutmuş Felix Kjellberg (PewDiePie) tutub. Bu il onun kanalının abunəçilərinin sayı 58 milyon təşkil edib və o, 12 milyon dollar vəsait qazanıb.

Yeddinci yerdə Vine tətbiqində qısa videolar yaratmaqla məşhurluq qazanmış şəxs Jake Paul qərarlaşıb. Onun YouTube kanalına 12 milyon insan abunə olub. 2017-ci ildə isə o, 11.5 milyon dollar qazanıb.

Səkkizinci yeri Smosh dueti kimi tanınan Anthony PadillaIan Hecox tutublar. Onlar 1 il ərzində 11 milyon dollar qazanıblar.

Doqquzuncu yeri Ryan adlı 6 yaşlı uşağın Ryan Toysreview kanalı tutub. Onun videoları ona il ərzində 11 milyon dollar vəsait gətirib.

Top 10-un sonuncu pilləsini isə Lilly Singh adlı stand-up komik tutub. Onun 12 milyondan çox abunəçisi var və bu il ərzində o, 10.5 milyon dollar qazanıb. Forbes-un hesablamalarına əsasən vergilərin ödənilməsini nəzərə almadan bu vloggerlər ümumilikdə 127 milyon dollar qazanıblar.




SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Instagram-a yaş qadağası gəldi: 13 yaşdan kiçiklər istifadə edə bilməyəcək..

Instagram yeni qaydalara əsasən 13 yaş limitini tətbiq etməyə başladı. 13 yaşından kiçiklər artıq İn..


50%-DƏK ENDİRİMLƏR, ƏYLƏNCƏLİ KONSERT, MARAQLI HƏDİYYƏLƏR – KONTAKT HOME-UN BU M..

6 dekabr saat 20:00-da Kontakt Home-un “Azadlıq Metrosu” mağazasının rəsmi açılış gecəsinə ailənizlə..



Azercell Bakutel çərçivəsində yeni əməkdaşlıqlara imza atdı

Davamlı texnoloji inkişaf üçün yeni imkanlardan faydalanaraq Bakutel-2019 Telekommunikasiya sərgisi ..


Rusiya öz Wikipedia-sını açır: Böyük Rus Ensiklopediyası

Rusiya dövləti öz vətəndaşlarına Wikipedia-nın təhlükəli və yalan məlumatlarla dolu olduğunu deyir. ..


Apple şirkəti bu il iPhone istifadəçiləri arasında məşhur olmuş tətbiqlərin reyt..

Apple şirkəti iOS istifadəçilərinin ən çox yüklədiklləri tətbiqlərin reytinqini tərtib edib...


Azercell ilə limitsiz WhatsApp yazışmaları!

Ölkədə texnoloji innovasiyaların təminatçısı kimi tanınan və əhalinin əksəriyyətinin seçimi olan “Az..