
800.000 dollarlıq heykəli qırıb selfie çəkdirən qəribə insan
Sosial Media
07.05.2017
Farid
Düşüncəsiz bir insan, selfie çəkmək istəyərkən 800.000 dollarlıq bir sənət əsərinə zərər verdi. Daha da dəhşətlisi bu hadisə, sözü gedən insanın selfie çəkməsinə mane olmadı.
Bəzən sənət
ilə başqa bir sənət növü görüşər. Təəssüf ki bəzən də, niyə yaşadığını özü belə anlamayan bir insan ortaya çıxıb sənəti yox edər.
Sonsuzluq
Aynaları sərgisi bir müddətdir Washington D.C.-nin Hirshhorn Muzeyində sərgilənir(di). Ancaq düşüncəsiz bir ziyarətçi, selfie çəkib, dostlarına özünü göstərmək istəyərkən
800.000 dollar dəyərindəki Balqabaq heykəlini parçaladı.
Artnet-ə görə,
bənzər bir balqabaq heykəli 2015-ci ildə 800.000 dollara hərracda özünə alıcı
tapmışdı.
Söz gedən sərgi,
qəribə insanın səbəb olduğu qəribə qəzadan sonra bağlandı. Qorxuya düşən şəxs
isə bütün paylaşımlarını silməyə başlayıb. Qəribə şəxsin adı ictimaiyyətə
açıqlanmır. Hərçənd sərginin fotoşəkilləri hələ Instagram kimi sosial media
xidmətlərində hələdə gəzir. Sosial media fanatiklərinin zərərləri bu
cür hadisələrlə ortaya çıxır.
Paylaş
Bənzər xəbərlər